Previous Next
Bağla

Nazirlik Çağrı Mərkəzinin işində beynəlxalq təcrübəni tətbiq edir

29-08-2016 12:40
Nazirlik Çağrı Mərkəzinin işində beynəlxalq təcrübəni tətbiq edir

Məlum olduğu kimi, ölkə başçısının “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamında vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsinin zəruri olduğu əks olunub.

Sərəncamda müasir standartlara uyğun olaraq vergi ödəyicilərinə göstərilən xidmətlərin dairəsinin genişləndirilməsi məqsədi ilə Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” funksiyalarının tətbiqi nəzərdə tutulub.

Bu barədə Xeberler.az-a Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, “Outbound Call Centre” – Çağrı Mərkəzi təmsilçilərinin mövcud olan və ya gözlənilən (nəzərdə tutulan) müştərilərə zəng etmələri ilə bağlı fəaliyyətidir. Bu fəaliyyət texnoloji imkanlardan istifadə etməklə bir saat ərzində Çağrı Mərkəzi tərəfindən mümkün qədər çox müştəriyə zənglərin edilməsini nəzərdə tutur. Bu funksiyalara mövcud olan problemlər və gecikmələrlə bağlı məlumatlandırma, yeni uçota alınmış vergi ödəyicilərinin onlara yardım məqsədi ilə məlumatlandırılması, borcların yığılması, müştəri məmnunluğu ilə bağlı sorğuların və araşdırmalarının aparılması daxildir. 

Bu xidmət növünün tətbiqi nəticəsində vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini vaxtında yerinə yetirməyən və ya əksər hallarda məlumatsızlıq və ya unutqanlıq səbəbindən öz öhdəliklərini vaxtında icra etməyən vergi ödəyicilərinin daha səmərəli məlumatlandırılması həyata keçiriləcək.

Eyni zamanda bu xidmət vergi öhdəliklərini vaxtında yerinə yetirməyəcəyi, bəyannamələri vaxtında və ya düzgün təqdim etməyəcəyi ehtimal olunan və Vergi Məcəlləsinə əsasən ödəyicisi olduğu vergi növlərində uyğunsuzluqlar olan vergi ödəyicilərinin sayının azaldılmasına kömək edəcək.

Hazırda Vergilər Nazirliyinin Çağrı Mərkəzində qeyd edilən funksiyanın tətbiqi ilə bağlı müvafiq qaydaların layihəsi hazırlanıb və təsdiqlənməsi ilə bağlı zəruri tədbirlər görülür.

Sərəncamda diqqət çəkən məsələlərdən biri də vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi məqsədilə Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının alınması, ASAN imzanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsinin təmin edilməsi ilə bağlı müddəalardır.

Qeyd etmək lazımdır ki, Vergilər Nazirliyi elektron xidmətlərin təkmilləşdirilməsi prosesini mütəmadi olaraq davam etdirir və son bir neçə ildə bu daha intensiv xarakter alıb. Məsələn, vergi ödəyicilərinin və vergi orqanı əməkdaşlarının bəyannamə və ərizə formalarının tərtibatına və yenidən tərtibatına sərf etdiyi vaxtın azaldılması, hesabat və ərizələrin vaxtında təqdim edilməsi, vergi ödəyicilərinin “Asan İmza”dan istifadələrinin stimullaşdırılması və s. istiqamətlərdə aparılan işlərin nəticəsi olaraq, Nazirliyin təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

“Çağrı Mərkəzi vasitəsilə Sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” elektron xidməti artıq Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Elektron xidmət növlərinin Siyahısına əlavə edilib və bu xidmət üzrə inzibati reqlament təsdiq edilib.

Hazırda fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatın alınması üçün ərizənin göndərilməsi, fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırılması və bərpası, Asan imza İD-nin dəyişdirilməsi kimi xidmətlərin Çağrı Mərkəzi vasitəsilə həyata keçirilməsi üçün də texniki imkan yaradılıb, mövcud reqlamentlərə dəyişiklik edilib və Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na müvafiq dəyişikliklərin edilməsi üçün layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib.

Cari ilin 2-ci rübündə sözügedən layihə çərçivəsində Çağrı Mərkəzi vasitəsilə kimliyi müəyyənləşdirildikdən sonra qanun çərçivəsində kommersiya (vergi) sirri təşkil edən məlumatların təqdim edilməsi xidməti test olunub və bu əməliyyatlar uğurla başa çatdırılıb. Sözügedən xidmətin göstərilməsində əsas məqsəd Çağrı Mərkəzinə müraciət edən, lakin, sualı kommersiya sirri təşkil edən məlumatlarla bağlı olduğundan tam cavab əldə edə bilməyən vergi ödəyicilərinin suallarının tam və ətraflı cavablandırılması və müraciət edən şəxslərinin məmnunluğunun təmin edilməsidir. Hazırda layihə çərçivəsində digər ərizələrin də Çağrı Mərkəzi vasitəsilə göndərilməsi imkanının yaradılması istiqamətində işlər davam etdirilir. 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016
Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016
Nazirlik vergi ödəyicilərinə 188 min 256 SMS göndərib

Nazirlik vergi ödəyicilərinə 188 min 256 SMS göndərib

21-12-2016
Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011
E-xidmətlər üzrə inzibati reqlamentlər təsdiqlənib

E-xidmətlər üzrə inzibati reqlamentlər təsdiqlənib

18-08-2015
 Nazirliyin Çağrı Mərkəzi 25 mindən çox zəngi cavablandırıb

Nazirliyin Çağrı Mərkəzi 25 mindən çox zəngi cavablandırıb

08-11-2017
"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025
Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

20-05-2016
Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017
Nazirliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Nazirliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

20-08-2015
Cari ildə 320 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Cari ildə 320 minə yaxın “ASAN İmza” sertifikatı verilib

09-09-2025
Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017
Ötən il verilən “ASAN İmza” sertifikatlarının sayı 601 mini ötüb

Ötən il verilən “ASAN İmza” sertifikatlarının sayı 601 mini ötüb

10-01-2025
Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019
Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015
Vergi ödəyicilərinə 226 mindən çox “ASAN İmza” sertifikatı verilib

Vergi ödəyicilərinə 226 mindən çox “ASAN İmza” sertifikatı verilib

17-07-2025
Bu il 85 mindən çox “ASAN İmza” sertifikatı verilib

Bu il 85 mindən çox “ASAN İmza” sertifikatı verilib

11-03-2025
“Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

“Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

06-05-2025
Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

09-10-2024
Nazirliyə elektron müraciətlərin sayı artıb

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016
Nazirlik ötən il 2 milyondan çox SMS göndərib

Nazirlik ötən il 2 milyondan çox SMS göndərib

06-02-2018
Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

11-03-2015
Vergi borcları barədə məlumatları elektron formada ala bilərsiniz

Vergi borcları barədə məlumatları elektron formada ala bilərsiniz

26-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə