Previous Next
Bağla

"Vətəndaş" tipli "Asan İmza”nın aktivləşdirilməsi pulsuz oldu

31-05-2021 11:09
"Vətəndaş" tipli "Asan İmza”nın aktivləşdirilməsi pulsuz oldu

"Asan İmza" mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan "B.EST Solutions" şirkəti istifadəçilər üçün yeniliklər təqdim etməyə davam edir.

Xeberler.az bildirir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

"Məlum olduğu kimi şirkət, 2020-ci ilin iyun ayında aylıq abunə haqqı saxlanılmaqla, 3 il müddətinə “Asan İmza” xidmətinin (“Vətəndaş” tipli “Asan İmza” xidmət növü) ödənişsiz təqdim edilməsi barədə qərar qəbul edib. İndiyə qədər bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 manat təşkil edib.

Prezident İlham Əliyevin Azərbaycanın rəqəmsal transformasiyası sahəsindəki təşəbbüslərini hərtərəfli dəstəkləmək və Azərbaycan vətəndaşları üçün elektron xidmətlərə geniş əlyetərlik imkanının təmin edilməsi məqsədilə "B.EST Solutions" şirkəti bütün mobil operatorlar, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətilə birlikdə sosial məsuliyyət təşəbbüsü irəli sürərək, 2021-ci ilin iyul ayından pandemiya dövrünə müddətində "Vətəndaş” tipli “Asan İmza" xidməti üçün aylıq abunə haqqını ləğv etməyə qərar verib.

Xüsusilə vurğulanmalıdır ki, bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan vətəndaşlarla yanaşı, bu xidməti 2021-ci ilin iyul ayından etibarən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmət üçün aylıq abunə haqqı 2,5 manat təşkil edirdi. Siz “Asan İmza” xidmətini mövcud olan mobil nömrənizdə də aktivləşdirə bilərsiniz və yeni nömrə əldə etməyə ehtiyac yoxdur. "Asan İmza" xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıclar əldə etmək mümkün olacaq.

Artıq istifadəçilər “Vətəndaş” tipli “Asan İmza” xidmətini tamamilə ödənişsiz əsaslarla əldə etmək və Azərbaycanda dövlət və özəl qurumlar tərəfin7kldən təqdim olunan 1 000-dən çox elektron xidmətdən yararlanmaq və beləliklə də fiziki olaraq, həmin qurumlara müraciət etməmək imkanına sahib olacaq. Vətəndaşlar – onlayn rejimdə bank hesabının açılması; internet və mobil bankçılıq; ipoteka üçün müraciət ərizəsinin göndərilməsi; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin elektron qaydada verilməsi; elektron məhkəmə portalında şəxsi kabinetinin idarə edilməsi; cərimələr barədə məlumatın əldə edilməsi; əmlak və həyat sosial sığortası; iş yerindən arayışın onlayn qaydada əldə edilməsi kimi önəmli xidmətlərdən istifadə edə bilərlər.

Bir daha qeyd edək ki, “Asan İmza” qanunvericiliyə əsasən əl imzasına bərabərdir. Unutmayın ki, “Asan İmza” SİM kartınızı və PİN kodlarınızı heç kimə verməməli və onları əlçatan yerdə saxlamamalısınız.

Xatırladaq ki, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “İş” və “Dövlət” tipli “Asan İmza” xidmətinin qiyməti və aylıq abunə haqqı dəyişilməz olaraq qalır.

Vətəndaşlar, “1847" Asan İmza Çağrı Mərkəzinə zəng edərək və ya [email protected] elektron poçt ünvanına yazaraq suallarına cavab ala bilərlər", - deyə məlumatda qeyd olunub.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir

01-07-2021

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021

Asan İmza ödənişsiz oldu

22-05-2020

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

02-12-2021

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

09-07-2021

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

21-12-2023

Azercell –in “Asan İmza” endirimləri davam edir

31-03-2015

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018

“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

16-11-2020

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018

Artıq Azercell-də “Asan İmza” sertifikatını yeniləmək mümkündür

15-07-2016

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

Tanınmış İT şirkətinin məlumatları onlayn təqdim ediləcək

09-10-2015

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

Artıq “ASAN imza” SİM kartını SMS vasitəsilə uzatmaq mümkündür

20-11-2020

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

Bakcell ASAN İmza xidmətinə qoşulan abunəçilərini mükafatlandırdı

06-02-2015

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə