“Virtual aləmdə etik normaların gözlənilməsi” layihəsi çərçivəsində tədbir keçiriləcək.

16-06-2014 / 13:23
Gələn ay Bakıda informasiya-kommunikasiya texnologiyaları sahəsində 2 konfrans keçiriləcək. Bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Virtual aləmdə etik normaların gözlənilməsi” layihəsi çərçivəsində baş tutacaq.
 
 Orta Asiya və Güney Qafqaz söz azadlığı Şəbəkəsi (CASCFEN) tərəfindən keçiriləcək konfransda son zamanlar sosial şəbəkələrdə intensivləşən etik normalar müzakirə mövzusu olacaq.
 
 Bu barədə “ICTnews" elektron xəbər xidmətinə layihənin rəhbəri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi cəmiyyətimiz üçün yeni münasibətlər forması olan virtual aləmdə davranışların tənzimlənməsinə yardımçı olmaqdır:
 
“Altı ay davam edəcək layihə artıq insan həyatının inkaredilməz tərkib hissəsinə çevrilmiş virtual mühitdə tələb edilən davranış qaydalarının təbliği və populyarlaşdırılmasına hesablanıb. Yəni çox zaman insanlar kompüter arxasında oturub elə düşünürlər ki, yazacaqları fikirlər, yaxud da virtual aləmdəki davranışlarını heç kim görmür. Buna görə də əxlaq və birgə yaşayış qaydalarının tələbləri tez-tez pozulur, fərdlər və qruplar arasında kataklizmlər yaşanır. Bəzən virtual aləmdə düşən mübahisələr real həyatda münaqişələrin baş verməsinə və insan itkisinə gətirib çıxardır. Layihə çərçivəsində onlayn istifadəçilərə izah ediləcək ki, etik normalar heç də adi həyatdakından fərqli deyil. Əksinə, burada daha ədəbli davranmaq tələb edilir”.
 
O əlavə edib ki, CASCFEN bu məqsədlə “Virtual aləmdə etik normalar” adlı kitabça da hazırlayacaq. (İCTnews)
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə