Previous Next
Bağla

İnternetdə nik seçərkən diqqətli olun

10-12-2010 15:08
İnternetdə nik seçərkən diqqətli olun

Psixoloqların fikrincə, internetdə gizli qalmaq arzusu təsadüfi deyil. Yəni internet istifadəçiləri virtual məkanda, nik seçimlərini heç də təsadüfdən etmirlər. Niklər, demək olar ki, sahibinin özünü necə görmək istəməsi arzusundan yaranır. Bu ləqəblər adətən, insanın öz şəxsi həyatı, peşəsi, mənşəyi, vətəni, el-obası, nəsli, baxdığı kinolar, teleseriallar, oxuduğu kitablar və s. ilə bağlı olur.

Qeyd edək ki, gerçək aləmdə olduğu kimi virtual məkanda da ehtiyatlı olmaq lazımdır. Kibercinayətkarlıqla məşğul olanlar virtual aləmdə cəlbedici niklər seçməklə özlərinə yeni “qurban”lar axtarırlar. Yaxşı səslənən niklər internet istifadəçilərinin diqqətini tez cəlb edir. Bundan istifadə edən cinsi oriyentasiyası düz olmayan insanlar maraqlı ləqəblər seçərək virtual məkanda əsasən uşaqları təqib edirlər. Uşaq psixologiyasını, istəklərini, musiqi aləmini bilən pedofillər Ümumdünya Hörümçək Torunda, balacaları “tor”a salmağa çalışırlar. Bu barədə söhbətlər çox olsa da, filmlər çəkilsə də statistika göstərir ki, hər il minlərlə insan kibercinayətkarların qurbana çevrilir. Ona görə də valideynlərin diqqətli olması, övladlarına internetdən istifadə edərkən, ehtiyatlı olmalarını başa salmaqları olduqca vacibdir. Peşəkar və təcrübəli internet istifadəçiləri ləqəblərin adlarından onların sahiblərinin cinsini, peşəsini, yaşını, xasiyyətini, hətta əsl adını da müəyyənləşdirməyin mümkün olduğunu bildirirlər.

Məsələn, niklərin tərkibində olan rəqəmlər insanın adına, yaşına, doğulduğu ilə, məktəbi qurtardığı və ya instituta girdiyi tarixə işarə edə bilər. Ləqəblərdəki baş hərflərin kombinasiyası istifadəçinin adının, soy adının, atasının adının və ya oxuduğu institutun, işlədiyi təşkilatın adının baş hərflərini göstərə bilər. Təcrübəli user nik sahiblərinin forumlardakı və ya çatlardakı çıxışlarını analiz etməklə onların kimliyini də asanlıqla müəyyənləşdirə bilərlər. Ona görə də niklər vasitəsilə özlərini virtual məkanda məxfi və ya \\\"agent 007\\\" hesab edənlər, düşünməsinlər ki, onların şəxsiyyətini müəyyənləşdirmək qeyri-mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Türkiyənin Sakarya müftisi chat haqqında danışdı

Türkiyənin Sakarya müftisi chat haqqında danışdı

09-12-2009
İnternet uşaqlara  çox da pis təsir etmir

İnternet uşaqlara çox da pis təsir etmir

17-01-2009
Azərbaycanda İnternet dələduzluğu faktlarının sayı artır

Azərbaycanda İnternet dələduzluğu faktlarının sayı artır

28-01-2009
“Virtual aləmdə etik normaların gözlənilməsi” layihəsi çərçivəsində tədbir keçiriləcək.

“Virtual aləmdə etik normaların gözlənilməsi” layihəsi çərçivəsində tədbir keçiriləcək.

16-06-2014
 “İnternet hüququ” kitabının təqdimatı keçirilib

“İnternet hüququ” kitabının təqdimatı keçirilib

17-12-2009
İnternet xəstəlikləri

İnternet xəstəlikləri

28-10-2010
Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradıldı

Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradıldı

21-12-2010
İnternet insanları real həyatdan uzaqlaşdırır

İnternet insanları real həyatdan uzaqlaşdırır

29-07-2010
Azyaşlı internet istifadəçiləri üçün xoş xəbər

Azyaşlı internet istifadəçiləri üçün xoş xəbər

19-03-2012
Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025
Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022
 Azərbaycanda "Facebook"un ziyanı, yoxsa xeyri var?

Azərbaycanda "Facebook"un ziyanı, yoxsa xeyri var?

28-04-2011
 İnternet inqilabı insanları tərəqqiyə, yoxsa tənəzzülə aparır?

İnternet inqilabı insanları tərəqqiyə, yoxsa tənəzzülə aparır?

22-07-2010
İnternet beynin işini yaxşılaşdırır

İnternet beynin işini yaxşılaşdırır

16-10-2008
“Azərbaycan dili və virtual məkan” adlı kitab işıq üzü görüb

“Azərbaycan dili və virtual məkan” adlı kitab işıq üzü görüb

25-08-2009
Kompüterin sağlamlığımıza zərərlərindən necə xilas olmalı? - ARAŞDIRMA

Kompüterin sağlamlığımıza zərərlərindən necə xilas olmalı? - ARAŞDIRMA

14-09-2010
 "Sosial şəbəkələr və gənclik" adlı seminar keçirildi

"Sosial şəbəkələr və gənclik" adlı seminar keçirildi

21-05-2011
Kompüterə insanın yaşını müəyyənləşdirməyi “öyrədiblər”

Kompüterə insanın yaşını müəyyənləşdirməyi “öyrədiblər”

29-09-2008
Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

01-02-2017
Azərbaycanda halal internet problemi : 2020-ə qaldı...

Azərbaycanda halal internet problemi : 2020-ə qaldı...

27-11-2018
“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

10-08-2015
Virtual qadın siyasətçi yaradılıb

Virtual qadın siyasətçi yaradılıb

27-11-2017
Seçdiyi e-mail ünvanı  insanın xasiyyətindən xəbər verir

Seçdiyi e-mail ünvanı insanın xasiyyətindən xəbər verir

18-08-2008
AZƏRBAYCANDA İNTERNET SƏHİFƏ BİZNESİ YAYILIR

AZƏRBAYCANDA İNTERNET SƏHİFƏ BİZNESİ YAYILIR

12-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə