Previous Next
Bağla

CASCFEN müəllimlər üçün növbəti netiket seminarı keçirib

31-03-2015 16:19
CASCFEN müəllimlər üçün növbəti netiket seminarı keçirib

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) orta məktəb müəllimləri üçün növbəti netiket seminarını keçirib.

Qurumdan Xəbərlər.az-a  verilən məlumata görə, Bakıda, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda keçirilmiş tədbirə Şəmkir, Neftçala, Şəki, Göyçay, Tovuz, Yardımlı, Samux, Qazax, Qax rayonlarından, həmçinin Gəncə, Sumqayıt və Bakı şəhərlərindən gəlmiş 27 müəllim qatılıb. Təhsil Problemləri İnstitutunun “Elektron məktəb üçün elektron müəllim” proqramı çərçivəsində təlimlərə qatılmış müəllimlər əlavə olaraq belə bir seminarda iştirakı məmnunluqla qarşılayıblar.

Təşkilatın daxili imkanları hesabına 3 ildir fasiləsiz davam edən “Onlayn etika – netiket” proqramı çərçivəsində gerçəkləşdirilən seminarda orta məktəb müəllimlərinin internetdən istifadə zamanı əməl etməli olduğu 10 qızıl qayda haqqında danışılıb. Seminarda çıxış edən CASCFEN sədri Azər Həsrət qeyd edib ki, Azərbaycan qanunları hər bir insana özünü sərbəst şəkildə ifadə etmə azadlığı tanıyır. O.  təəssüflüklə bilidib ki, bəzən insanlarımız bu azadlıqdan sui-istifadə edir, yaxud da sadəcə netiketi bilmədikləri üçün başqa istifadəçi–netizenlərin kefini və haqqını pozan hallara yol verirlər. “Biz çalışırıq ki, bu seminarlar vasitəsilə hər bir insanın virtual aləmdə davranışlarını özünün sərbəst şəkildə tənzimləməsinə nail olaq. Azadlıqların qanunla təmin edilməsi və onlardan istifadə üçün şərait yaradılması həm də əlavə məsuliyyətdir. Bu isə o deməkdir ki, hər bir netizen onlayn imkanlardan istifadə zamanı başqalarının qanını qaraldacaq, etik hədləri aşacaq davranışlara yol verməməlidir. Nəzərə alsaq ki, orta məktəb şagirdlərinin demək olar ki, hamısı internet istifadəçisidir, bu cür bilgilərin müəllimlər tərəfindən mənimsənilməsi və sonradan şagirdlərə təbliğ edilməsi faydalı olardı”, – deyə Azər Həsrət bildirib.

CASCFEN sədri onu da qeyd edib ki, qurum öz ictimai-faydalı fəaliyyət prinsiplərinə sadiq qalaraq ölkənin istənilən bölgəsində bu cür pulsuz seminarlar keçirməyə hazırdır.

İştirakçı müəllimlər seminarın faydalı olduğunu, belə tədbirlərin rayonlarda və daha geniş auditoriyalarda keçirilməsinin gərəkliliyini bildiriblər. Sonda iştirakçılara CASCFEN-in sertifikatları təqdim edilib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Onlayn etika – netiket” proqramı çərçivəsində seminarlar keçirilib

06-01-2015

Müəllimlər üçün onlayn ifadə azadlığı seminarı başa çatdı

08-09-2015

Müəllimlər üçün sonuncu onlayn ifadə azadlığı seminarı keçiriləcək

26-08-2015

“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirilib

25-05-2015

CASCFEN Tərtərdə ifadə azadlığı seminarı keçirib

01-08-2015

“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda seminar keçirilib

11-07-2015

CASCFEN növbəti ifadə azadlığı seminarını İsmayıllıda keçirib

05-08-2015

Lənkəranda onlayın ifadə azadlığı mədəniyyəti mövzusunda seminar keçirilib

09-06-2015

“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirildi

23-06-2015

“Virtual aləmdə etik normaların gözlənilməsi” layihəsi çərçivəsində tədbir keçiriləcək.

16-06-2014

Elektron məktəb üçün elektron müəllim kursu keçirilir

06-01-2015

“Virtual məktəb”də müəllimlər üçün onlayn təlimlərə qeydiyyat davam edir

21-11-2020

“Elektron məktəb üçün Elektron müəllim” kursu başa çatdı

02-02-2015

Milli Məclis İTV Yayım Şurasına 3 yeni üzv seçib

14-04-2017

1200 müəllim və şagirdə internetdən təhlükəsiz istifadə təlimi keçirilib

10-02-2021

Google Rusiya və İspaniyada niyə dayanır?

16-12-2014

İnnovativ müəllimlər müsabiqəsinin yekunları elan edildi

09-02-2010

“Virtual məktəb” layihəsi üzrə müəllimlərin qeydiyyatına start verilib

18-04-2020

Müəllimlər üçün sosial media üzrə seminar keçiriləcək

20-02-2017

“Elektron məktəb” layihəsində iştirak edəcək məktəblərin sayı artıb

13-03-2009

“Rəqəmsal məktəb” platformasından istifadə üçün təlimlərin təşkili davam edir

28-11-2025

“Elektron məktəb” layihəsinə 1000 məktəb qoşulacaq

04-04-2012

Müəllimlərin İKT bilikləri yoxlanılır

18-09-2019

Müəllimlər üçün keçirilən təlimlər başa çatdı

14-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə