WhatsApp-dan daha bir yenilik

06-04-2016 / 09:45

Apple və FBI arasında davam edən mübarizədə gündəmə gələn məlumatların kodlaşdırılması mövzusunda WhatsApp ciddi addım atıb.  

Bu gün dünyada 1 milyard istifadəçisi olan WhatsApp yeni təhlükəsizlik xidmətini istifadəyə verdi.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, WhatsApp məlumatların kodlaşdırılmasının yeni sistemini təqdim edib.

Belə ki, bundan sonra artıq istifadəçilərin məlumatları və zəngləri tətbiq vasitəsi ilə üçüncü tərəf üçün əlçatmaz olacaq.

Kodlaşdırmanın həqiqiliyinin yoxlanılması üçün istifadəçilərə yeni kodlaşdırma sistemini QR kodu ilə yoxlamaq təklif edilir.

Qeyd edək ki, buraya səsli danışıqlar, qrup mesajları da daxildir.

Yeni xidmət həm iOS, həm də Android istifadəçilərinə təqdim edilib.

Qeyd edilir ki, istifadəçilərin məlumatlarının mühafizə sisteminin yaxşılaşdırılması üçün tətbiq daim təkmilləşdirilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxmaq lazımdır.

Bu yeniliyi telefonunuzda quraşdırmaq üçün buradan tətbiqin yeni versiyasını yükləyin.

 Daha sonra aşağda göstərilən xəbərdarlıq mesajına klik edin.

Sonra açılan pəncərədə təsdiqlə düyməsinə sıxın.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə