WhatsApp-da şifrələmə nədir?

06-04-2016 / 11:00

Məlumat verdiyimiz kimi, dünən  WhatsApp yeniləndi.

Belə ki, artıq məlumatların 3-cü tərəfə keçməməsi üçün bütün məlumatlarınızı kodlaşdıra biləcəksiniz.

Bəs bu xidmətdən necə istifadə edilir?

Əvvəlcə tətbiqin yeni versiyasında qarşımıza çıxan sarı balon haqqında məlumat verək.

Bu, WhatsApp  mesajlarının artıq olduqca güvəndə  olduğunu, mesajların sadəcə sizin görəbiləcəyiniz anlamına gəlir.

Yəni, dövlətlər, haker dediyimiz internet korsanları və hətta WhatsApp-ın özü də sizin mesajlarınızı oxumaq üçün sizin telefonunuza ehtiyac olacaq.

Hər hansı 3-cü şəxs sizin yazışmalarını ələ keçirəndə belə bir görüntü olacaq:

 Məsələn, hansısa dostunuz sizə bir mesaj göndərir- Salam, necəsən?

Bu mesajı başqları ələ keçirəndə  "&85/+ *0t)@*_" şəklində mənası olmayan mesaj görəcək.

Bunu açmaq üçün sizin və qarşıdakı şəxsin telefonuna ehtiyac olacaq.

Əgər bu mesajlara önəm verirsinizsə, həmin sarı balona klik edib və  WhatsApp istifadəçilərindən yoxlamaq istədiyiniz şəxslərin profillərinə daxil  olub,  “Şifrələmə" yazan bölümə klik edib orada olan QR kodu dostunuzla dəqiqləşdirməlisiniz.

Və ya  kodun aşağı hissəsində uzun kodu özünüzünkü ilə  müqayisə edə bilərsiniz.

Əgər bu məlumatlar uyğun gəlirsə, mesajlarınız güvəndədir.

Bu xidmət WhatsApp-ın  Android, iOS və Windows Phone istifadəçilərinə təqdim edilib.

Əgər siz də mesajlarınızın təhlükəsizliyini təmin etmək istəyirsinizsə, buradan yeni versiyanı yükləyin.

Sevinc


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə