WhatsApp bu telefonlarda işləməyəcək-Xəbərdarlıq

03-01-2018 / 11:56

Məlumat verdiyimiz kimi, bir müddət öncə WhatsApp istifadəçiləri xəbərdar etmişdi. Belə ki, şirkət qeyd etmişdi ki, yeni  ildən sonra WhatsApp artıq bəzi telefonlarda açılmayacaq.

Xeberler.az şirkətin rəsmi məlumatına istinadən bildirir ki, WhatsApp dekabrın 31-dən etibarən Nokia S40, BlackBerry OS və BlackBerry 10 üçün dəstəyi dayandırıb.

Bununla yanaşı, aşağıdakı modellər də həmin tarixdən WhatsApp istifadə edə bilməz:

Nokia Symbian S60

Nokia S40

Android 2.1

Android 2.2

Windows Phone 7.+1

iPhone 3GS (iOS 6)

WhatsApp bu telefon və ya əməliyyat sistemlərinə sahib istifadəçilərinə yenilənmə etmələrini və yaxud da cihazlarını dəyişidirməyi tövsiyə edib.

Günel


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.