WhatsApp hər gün öz platformasına yeni funksiyalar əlavə etməyə davam edir.
Xeberler.az WABetaInfo bloqundan paylaşılan məlumata istinadən bildirir ki, şirkət daha bir funksiyanı sınaqdan keçirməyə başlayıb.
Belə ki, yeni özəllik spam mesajlarının qarşısının alınmasını məqsəd qoyub.
Test sınaqlarında qeyd edilir ki, WhatsApp spam mesajlarına görə istifadəçiyə xəbərdarlıq edəcək. Bununla da şirkət spam mesajları sayəsində yayılan reklam və saxta xəbərlərin qarşısını alacaq.
WhatsApp yeni funksiya ilə 25-dən çox istifadəçiyə göndərilən mesajları spam olaraq qeyd edəcək.
Bildirilir ki, WhatsApp spam mesajını qeyd etdikdən sonra istifadəçiyə bunun 25-dən çox adama göndərildiyi və spam olduğu barədə xəbərdarlıq edəcək.
Hazırda məhdud sayda istifadəçilər üçün test edilən funksiyanın təqdim ediləcəyi vaxt məlum deyil. WABetaInfo iddiasına görə, test mərhələsində olan xüsusiyyət Android və iOS istifadəçiləri üçün yeni bir yeniləmə ilə təqdim olunacaq.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri