WhatsApp-a layk funksiyası gəlir

08-07-2015 / 14:50

Facebook və WhatsApp-ın güclərini birləşdirməsi ilə WhatsApp bu günə qədərki ən çox like (layk) qazanacaq xüsusiyyətə qovuşur.

Bu xüsusiyyətlərdən biri Layk düyməsinin olmasıdır.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, istifadəçilər anlıq olaraq mesajlaşmalarda eyni Facebook-dakı kimi xoşuna gələn söhbəti layk düyməsi ilə bəyənərək duyğularını daha konkret şəkildə qarşı tərəfə müəyyən edə biləcək.

WhatsApp-ın tərkibinə qatacağı ikinci bir yenilik isə "Oxunmadı kimi qeyd et" funksiyasıdır.

Bu yeniliklərdən sonra dostlarınız ilə WhatsApp-da yazışarkən artıq iki dəfə düşünməli olacaqsınız.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.