WhatsApp yeniləndi

08-05-2016 / 19:47

WhatsApp son zamanlar yeniliklər etməyə davam edir.

Belə ki, platforma daha bir yeni funksiya istifadəyə verib.

Xeberler.az məlumat verir ki, artıq WhatsApp üzərindən göndərəcəyiniz mesajlardakı yazıları xüsusi formada qarşı tərəfə çatdıracaqsınız. Bunun üçün platformaya yeni düymə əlavə edilib. Yazdığınız kəlməni qalın etmək üçün başlığına və sonuna bir ulduz işarəsi  (*məsələn*) əlavə etməlisiniz.

Həmçinin italik (əyri kəlmələrlə) yazmaq istəsəniz, sözün hər iki tərəfinə altdan xətt ( _yazmaq_) yazmaq lazımdır. Mesajı üstündə xətlə göndərmək üçün isə belə yazmaq lazımdır: ~internet~ .

WhatsaApp -a gələn bir başqa yenilik isə bütün cihazlarda yeni mesajları gələn bildiriş üzərindən daha tez cavablandırmağınız üçün yaradılan xidmətdir.

Bununla yanaşı, platformaya eyni anda birdən çox söhbəti arxivləşdirmə, silmə, səssizə almaq kimi xüsusiyyətlər də əlavə edilib.

WhatsApp-da söhbət zamanı sürətli kameraya toxunaraq həmin an foto və video da çəkə bilərsiniz.

WhatsApp söhbətlərində düz rənglərdən ibarət olan yeni divar kağızlarından da istifadə imkanı yaradılıb.

Hazırda sadəcə Android cihazlarına gələn yeniləmə yaxın vaxtda iOS cihazlarına və Windows Phone-a da gələcək.

 

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə