WhatsApp-ın Android versiyasına yeni funksiya əlavə edildi

26-11-2015 / 11:29

Dünyanın ən çox istifadə edilən yazışma tətbiqlərindən olan WhatsApp-ın Android versiyası yenilənib.

Xeberler.az bildirir ki, Android əməliyyat sistemli cihazlar üçün “Ulduzlu Mesajlar” xidməti  istifadəyə verilib.

Bu funksiya proqram istifadəçilərinə göndərilən və ya gələn mesajları qısa müddətdə tapmağa kömək edir. Bunun üçün seçilən mesajın üstünə klikləmək və ulduz işarəsini seçmək kifayətdir.

Daha sonra həmin mesajları görmək üçün "Kontakt haqqında məlumat" bölməsinə (Contact info) daxil olub seçdiyiniz həmin ulduzlu mesajınızı tapa bilərsiniz.

Bir müddət əvvəl  WhatsApp bu funksiyasını iOS üçün istifadəyə vermişdi.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.