WiFi`ı WiGig əvəzləyəcək

19-05-2009 / 14:11

İndi dünya şirkətləri WiFi (kabelsiz network) əlaqəsindən daha sürətli bir kabelsiz əlaqə sistemi yaratmaq üçün birləşiblər.

Broadcom, İntel, LG, Microsoft, Nokia, Panasonic və Samsungun yaratdığı qrupun başçısı Ari Sadri, Wireless Gigabit (WiGig) adı verilən bu texnologiyanın, WiFi`dən 10-20 qat daha sürətli olacağını söyləyib.

A.Sadri qeyd edib ki, yeni əlaqənin köməyi ilə HD (High Definition) formatındakı filmlər kimi böyük ölçülü fayllar cəmi bir neçə saniyədə yükləniləcək.

Kanal genişliyi 60 gigahertz olacaq WiGig sayəsində böyük ölçüdəki məlumatlar bir kompüterdən digərinə sürətlə köçürüləcək və bir neçə internet istifadəçisi sürəti azalmadan kabelsiz əlaqədən yararlanacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə