Philips-dən görüntü və səsi kabelsiz yayan cihaz

06-08-2009 / 19:03

Philips firması görüntü və səsi kabelsiz yayan cihaz satışa çıxaracaq. Wireless-HDMI-Set SWW1800 adlı cihaz evdə kinoya baxmaq üçün asan variantlar təklif edir. Philips bu cihazın köməyi ilə evdə kabel qarışıqlığına son qoyacaq.

İstifadəçi cihazın göndərmə vahidinə (transmitter) dörd ədəd cihaz bağlaya bilər: iki ədəd HDMI üzərindən, iki ədəd isə komponent (YUV) üzərindən. Siqnallar 5 GHz xətt üzərindən paylanır ki, bu da görünüş və səs siqnallarının daha asan sıxışdırılmasını təmin edir.

Buna baxmayaraq, alış vahidi (receiver) siqnalları 30 Hz-də 1080p ilə alır və ekrana köçürə bilir. Philipsə görə bu, HDMI interfeysinin köməyi ilə reallaşır. Wireless-HDMI-Set SWW1800 sentyabr ayından etibarən satışa çıxarılacaq. Qiyməti isə 850 dollar olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə