Bir zamanlar hər yeni versiyası ilə reytinq qazanan Windows əməliyyat sisteminin davamı olmayacaq.
Xəbərlər-in verdiyi məlumata görə, Microsoft şirkətinin səlahiyyətlilərindən Jerry Nixon Windows 10 əməliyyat sistemindən sonra Windows-un yeni bir versiyasının hazırlanmayacağını söyləyib.
Bunun əvəzində Windows 10 nizamlı olaraq yenilənəcək.
Nixonun keçən həftə Microsoft-un Çikaqodakı konfransında söylədiyi bu sözlər şirkət tərəfindən də təsdiqlənib.
Microsoft yazılı şəkildə bildirərək "Windows artıq davamlı olaraq yeniliklər və yenilikləri təqdim edən bir sistemə çevriləcək" dedi.
"Onuncu və sonuncu" Windows əməliyyat sistemi Windows 10-un hələ də sınaq məqsədli versiyaları istifadə edilir. Sistemin bu yaxınlarda bazara çıxarılması gözlənilir.
Niyə Windows 9 yox?
Microsoft-un işlərini qiymətləndirən Gartner şirkətinin səlahiyyətlilərindən Steve Kleynhans daha əvvəl Windows distributivlərini ardıcıl rəqəmlərlə bazara çıxaran şirkətin Windows 9-u xüsusilə keçdiyini ifadə edib.
Kleynhans-a görə, firmanın birbaşa Windows 10-a keçməsi "keçmiş sistem ilə əlaqəni kəsdiyini" göstərməyi məqsəd qoyur.
Kleynhans "Təxminən olaraq hər üç ildə bir Microsoft bir sonrakı əməliyyat sistemini hazırlamağa başlayardı. Bunun nəticəsində ortaya çıxan məhsul isə ancaq üç il əvvəldəki tələbləri qarşılardı. Artıq bu dövr bitir" deyib.
Steve Kleynhans məlumatında "Bu, Windowsun sonu mənasını vermir, əksinə Windows yenilənmələrinin sürətli bir inkişaf dövrü gəlir" bildirib.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri