Windows-un rəqibinin qiyməti cəmi 29 dollardır

06-08-2009 / 11:09

Windows-un ən böyük rəqibi Apple satış qiymətinin ucuz olması ilə fərqlənir. Mac OS X adlı əməliyyat sistemi cəmi 29 dollardan satılır.

Apple, Mac OS X-in ən inkişaf etmiş əməliyyat sistemi olduğunu iddia edir. İlk əvvəl Apple-nin Snow Leopard əməliyyat sistemi satışa çıxmışdı. Amazon.com saytında ən çox satılanlar siyahısında yalnız bir neçə gün ərzində zirvəni fəth edə bildi.

29 dollara satılan Snow Leopard və 49 dollara satılan Snow Leopard Family Pack, Amazon siyahılarında birinci və ikinci sırada idilər. Apple əvvəllər Leopard əməliyyat sistemini 129 dollara satırdı.

Snow Leopard təchizat olaraq İntel əsaslı Mac-lara yüklənilir və Mac OS X 10.4, yəni Leopard tələb edir. Apple Mac OS X 10.6 olaraq bilinən Snow Leopard-ı sentyabr ayınadək bazara çıxarmayacaq. Mac OS X 10.4, yəni Tiger istifadə edənlər üçün Snow Leopard, iLife və iWork-u özündə cəmləşdirən Mac Box Set paketinin qiyməti isə 169 dollardır.

Müqayisə etdikdə, Microsoft keçən həftə lisenziyalı Windows 7 Home Premium-u 149.99 dollardan satacağını açıqlamışdı. Ən ucuz Windows 7 isə 119.99 dollara satılan Home Premium Upgrade-dir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə