Apple 61 milyon iPhone satıb

28-04-2015 / 17:32

Apple maraqla gözlənilən 2015-ci ilin ikinci dörddəbir maliyyə hesabatını açıqlayıb.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, şirkət geridə buraxdığımız dörddəbirdə 58 milyard dollar gəlir əldə edərkən, Apple-ın kassasına girən pul (dəqiq mənfəət) isə 13.6 milyard dollar olaraq açıqlanıb. Apple 2014-cü ilin ikinci rübündə 45.6 milyard dollar gəlir, 10.2 milyard dollar dəqiq mənfəət əldə etmişdi.

Apple bir əvvəlki dörddəbirdə bütün zamanların rekordunu qıraraq 74.5 milyon iPhone satıb. Beləliklə, 74.6 milyard dollarlıq rekord gəlir və 18 milyard dollarlıq rekord mənfəət əldə edilib.

Apple 2015-ci ilin ikinci dörddəbir hesabatında iPhone, iPad və Mac satışlarına da toxunub. Apple Watch ağıllı saatla bağlı satış məlumatının yer almadığı hesabata görə, Apple keçən rüb 61.2 milyon iPhone satıb. Apple CEO-su Tim Cook-a görə, iPhone-a keçid edən insan sayında sürətli bir artım yaşanır.

iPad satışları gözlənilən nəticəni verməyib. Apple şirkətinə məxsus geridə buraxılan dörddəbirdə təyin olunan rəqəm 14 milyon, lakin satışlar 12.6 milyon səviyyəsində qalıb. Xatırladaq ki, Apple bir əvvəlki dörddəbirdə 16.4 milyon iPad satmağı bacarmışdı.

Mac şirkəti geridə buraxdığımız dörddəbirdə 4.5 milyon Mac satıb. Apple bir sonrakı dörddəbirdə 46 milyard dollar gəlir götürməyi hədəfləyir.

 Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə