Hər il nizamlı olaraq maliyyə hesabatlarını açıqlayan Apple, 2015-ci ilin dördüncü rübünün hesabatlarını da açıqlayıb.
Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə dördüncü rübdə yalnız 1 həftəlik müddət ərzində satılan iPhone 6s və iPhone 6s Plus modelləri ilə Apple şirkəti bir daha satış rekordu qazandı.
Ötən ilin dörddə birində 39.3 milyon ədəd iPhone satışı reallaşdıran Apple, bu rəqəmi bu il 48 milyon ədəd etdi. Lakin Apple-ın maliyyə hesabatında tək önə çıxan iPhone satışları deyil. Mac satışlarında da artım əldə edən Apple, ötən il eyni müddətdə 5.5 milyon Mac satışı edərkən, bu il eyni müddətdə 5.7 milyon ədəd Mac satışı edib.
Apple-ın maliyyə hesabatında tək gözə dəyən mənfilik isə iPad satışlarıdır. Apple, bu rübdə 9.9 milyon iPad satışı edərək 2011-ci ildən bu yana ilk dəfə 10 milyondan daha az iPad satışı reallaşdırdı.
Apple-ın bu satış rəqəmləri ilə əldə etdiyi ümumi gəlir 51.5 milyard dollar olub.
Apple digər məhsullar kateqoriyasında olan Apple Watch saatının da satışa çıxmasıyla 3 milyard dollar gəlir əldə etdi. Lakin Apple Watch-un satış miqdarları hələ rəsmi olaraq açıqlanmayıb.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri