iOS 9 çox əhəmiyyətli olacaq

12-02-2015 / 15:15

iOS 8 ilə əlaqədar xəbərlərin ardı-arası kəsilməyən bir vaxtda yeni iOS 9 ilə əlaqədar yeni xəbərlər də yayılmağa başlayıb. iOS 9 yeni nəsil portativ qurğular-iPod, iPad və iPhone-a gələcək.

Apple-a yaxınlığı ilə tanınan çox sayda mənbə yeni əməliyyat sisteminin çox əhəmiyyətli olacağını bildirir.

iOS 9 köhnə masaüstü əməliyyat sistemləri ilə də uyğun olacaq: Snow Leopard. Snow Leopard çox köhnə bir əməliyyat sistemidir. Apple bu il iOS 9 ilə sistem çökmələrinin də qarşısını almağa çalışacaq.

Apple ilə yaxınlığı ilə bilinən “9to5mac” saytında mövzuyla əlaqədar məlumatlar yer alıb. Apple iOS 9 ilə yaranan problemlərin qarşısını alacaq, sistemin davamlılığını artırıb cihazlara performans artımını təmin edəcək.

Yeni əməliyyat sistemi böyük əhatəli xüsusiyyətlərə sahib olacaq. 

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə