“Apple” şirkəti çərşənbə günü yeni məhsullarını təqdim edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məhsulların sırasında “Apple” 11,6 düyüm diaqonallı ekranla təchiz edilmiş “Macbook Air” noutbukunu nümayiş etdirib.
Bundan əvvəl şirkətdə “netbukların olduqca kiçik ekran və narahat klaviaturaya malik” olduğu hesab olunurdu. Lakin bununla belə, indi “Apple” özü də netbuk ölçülü portativ kompüter buraxıb.
Yeni qurğu dünyada ən nazik kompüter kimi qələmə verilir. Qalınlığı cəmi 1,7 santimetr, çəkisi isə 1 kiloqramdan bir qədər artıq olan yeni qurğunun korpusu tam alüminiumdan hazırlanıb. Baza konfiqurasiyasında (1,4 qiqaherslik “Intel Core 2 Duo” prosessoru və 64 Qb yaddaş həcmi) kompüterin qiyməti 999 dollar olacaq. ABŞ-da yeni “Macbook Air” artıq satışa çıxarılıb.
Həmçinin təqdimat mərasimi zamanı şirkətin baş icraçı direktoru Stiv Cobs Mac OS X əməliyyat sisteminin Lion adlı növbəti versiyası barədə də danışıb. Mac OS X Lion 2011-ci ilin yayında satışa çıxarılacaq.
Bundan əlavə Apple iLife 11 əlavələr paketinin yeni versiyasını da nümayiş etdirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri