Daha öncə də məlumat verdiyimiz kimi, cari ilin aprel ayından etibarən Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkətləri tərəfindən “Xalq kompüteri” layihəsi reallaşdırır.
Xeberler.az bildirir ki, artıq layihənin ilkin mərhələsi arxada qalıb. Bu mərhələnin yekunları barədə ictimaiyyətə müxtəlif media orqanları və Bakutel 2009 beynəlxalq sərgisində məlumat verilib.
Ölkənin ümumi təhsil məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuş «Xalq Kompüteri» layihəsinin ilkin mərhələsi həyata keçirilməyə başladığı andan 3500 kompüter dəstinin satışı reallaşdırılıb.Müəllimlərə lisenziyalı proqram təminatı və güzəştli şərtlərlə personal kompüter və noutbuk əldə etmək imkanı verilib.Kompüter alan müəllimlər kompüter haqqında dərslik və internet kartla təmin olunublar.Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditlə,bazar qiymətindən 20-25 % ucuz qiymətə təqdim olunub.
Layihənin pilot mərhələsi sübut edib ki, Azərbaycanda belə layihələrə tələbat var. Bu məqsədlə təsisçilər “Xalq kompüteri” layihəsini mərhələli şəkidlə davam etdirmək niyyətindədirlər.
HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin biznesin inkişafı üzrə meneceri Rasim Baxşının verdiyi məlumata əsasən ikinci mərhələdə layihənin digər peşə sahiblərinə, universititet müəllimlərinə, tələbələrə və Rabitə və informasiya texnologiyaları nazirliyinin işçilərinə aid ediləcəyi nəzərdə tutulub. Növbəti mərhələlərdə isə layihədə səhiyyə işçilərinin də iştirakı gözlənilir.
Rasim Baxşı, həmçinin qeyd edib ki, “Xalq kompüteri” layihəsinin növbəti mərhələsində istifadəçilərə yeni modellər təklif olunacaq.
Qeyd edək ki, «Xalq Kompüteri» layihəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, HP və «Microsoft» şirkətləri tərəfindən reallaşdırılır. Layihə bir sıra mühüm dövlət proqramlarına, o cümlədən «Elektron Azərbaycan» Dövlət Proqramına və «2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı»na tam uyğundur.
Layihənin əsas məqsədi əhalinin sosial təbəqələri üçün lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterlərin güzəştli şərtlərlə əldə olunmasında şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli bərabərsizliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.“Xalq kompüteri” layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürüdür.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri