Previous Next
Bağla

Xeberler.az-da yeni layihə

21-06-2010 02:43
Xeberler.az-da yeni layihə

Xeberler.az saytı bugündən etibarən yeni layihəyə start verir. “Blogdan xəbərlər” adlanan rublikada məqsəd həftə içi bloggerlərin yazdığı məqalələrlə oxucuları tanış etməkdir. Təbii ki, hər bir bloggerin öz auditoriyası, oxucusu var. Bizim məqsədimiz həmin yazılar haqda oxucuya məlumat vermək, yazıları kütləviləşdirməkdir. Bu rublikaya başqa saytlarda da rast gələ bilərsiz. Amma biz onlarla rəqabət aparmaq yox, Azərbaycanda bloqçuluğun inkişafına nail olmaq istəyirik.

 

İlk olaraq Blogdan xəbərlərdə Azərbaycanda fəaliyyət göstərən bloqlar haqda məlumat vermək istəyirik. Gələn həftədən etibarən isə bloggerlərin yazıları haqqında məlumat Bloqdan xəbərlərdə olacaq.

 

İlk olaraq gənc yazıçı, jurnalist olan Rüfət Əhmədzadədən başlayaq.  Rüfət bloqunda oxucuları belə salamlayır:  “Hər kəsin bir daxili dünyası var. Kimi gizlədir, kimi paylaşır... Mən isə, öz xəyal dünyamı, bədii təxəyyülümün məhsullarını bölüşürəm sizinlə. Ümidvaram, istehlakçılarımız razı qalar.”

 

Rüfət bloqunda öz hekayələrini, esselerini yerləşdirir. Rüfət Əhmədzadə yaradıcılığı ilə yaxından tanış olmaq istəyirsinizsə www.ahmadzada.wordpress.com (www.ahmadzada.tk) bloquna baş çəkə bilərsiniz.

 

Azərbaycanda kollektiv bloq anlayışı o qədər yayılmayıb. www.weboxu.com -da ölkəmizdə fəaliyyət göstərən azsaylı kollektiv bloqlardandır. Burada hər bir kəs üzv olub İT`ə aid olan məlumatları yaza bilər. Mövzuya aid olan bütün yazılar qəbul edilir və hər kəs öz yazdığı məlumata məsuliyyət daşıyır. Eyni zamanda blogda, blogları açılmış saytlar və şirkətlərin nümayəndələri öz rəsmi məlumatlarını yayımlamaq hüququna malikdirlər.

 

Bundan başqa www.Kayzen.az  www.sosium.com -u da kollektiv bloqlara aid edə bilərik.

 

Azərbaycanın ən məşhur bloggerlərindən olan Əli Novruzovun bloqu http://alinovruzov.wordpress.com  adlanır. Bundan başqa  http://turkhan.wordpress.com /

 http://www.vuqar.azeriblog.com  bloqları da ölkəmizdə və dünyada baş verən ən aktual məsələrə yer ayırır.

 

İnformasiya Texnologiyaları (İT) sahəsində http://oracleazerbaycan.wordpress.com, http://www.aliev.info, http://raminorucov.wordpress.com, http://e-haci.net və başqa bloqlar fəaliyyət göstərir.

 

İdman bloqları arasında Elçin Cəlilovun bloqu http://jalilov.blogspot.com öz rəngarəngliyi ilə seçilir. Elçin bloqunda futbola geniş yer verir.

 

Rauf Mərdiyevin http://raufray.wordpress.com bloqunda da maraqlı məlumatlarla tanış ola bilərsiniz.

 

“İrəli” İctimai Birliyin sədri Ceyhun Osmanlı bloqunda (http://ceyhunosmanli.wordpress.com) daha çox müsahibələrini yerləşdirir.

 

 Moda ilə maraqlananlar http://stil.azeriblog.com bloqunu ziyarət etsələr çox şey taparlar.

 

Sonda qeyd edək ki, gələn həftədən etibarən məşhur bloqlardan seçmələr Xeberler.az saytında olacaq. Bizi izləməyə davam edin.

 

Hacıbəy Heydərli

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ağdam haqda yeni sayt/blog istifadəyə verilib

23-07-2010

"İrəli" İctimai Birliyi Laçın haqqında yeni sayt/blogu istifadəyə verib

19-05-2010

“İrəli” Zəngilana həsr olunmuş bloqu istifadəyə verib

04-11-2010

Qubadlı haqda sayt/blog istifadəyə verildi

01-09-2010

WordPress.com artıq JavaScript ilə işləyəcək

25-11-2015

"İrəli" 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib

19-01-2011

Milli saytlarımızın sayı artmaqdadır

18-07-2010

Ağdərə haqqında yeni sayt / bloq istifadəyə verildi

09-07-2010

31 avqust Bloq Günüdür

31-08-2010

Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt / bloq istifadəyə verildi

23-08-2010

WordPress Windows tətbiqini təqdim etdi

11-12-2015

Milli Net-də Nominant statusu alan “Bloqlar”

07-12-2015

WordPress-ə Whatsapp, Telegram və Skype düyməsi əlavə edildi

14-04-2016

Proqramlaşdırmanı öyrədən milli saytlarımız

17-08-2015

Xocalı ilə bağlı bloq istifadəyə verildi

25-02-2011

Azərbaycanlı haker Ermənistanın 12 rəsmi saytını dağıdıb!!!

18-05-2009

Milli Net 2010 Qaliblərinin adları açıqlanıb

04-12-2010

Türkiyədə kibercinayətkarlıqla məşğul olan şəxslər həbs olundu

01-06-2009

Gənclər üçün yeni sayt! WWW.YOUTH-AZ.COM

02-12-2008

Facebook və Twitterin qiyməti neçəyədir?

21-06-2010

Genocide.az saytı yeniləndi

31-03-2011

Azərbaycanın ən populyar startaplarının adı açıqlandı

02-12-2015

Dini məlumatlar milli saytlarımızda

11-07-2015

İş tapmağınıza kömək edən milli saytlarımız

07-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə