Previous Next
Bağla

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edilib

24-08-2024 16:18
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti xidmətin peşə bayramı münasibətilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər, Ulu Öndərin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarları önünə əklil və gül dəstələri qoyublar.

Xeberler.az bildirir ki, xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımızın xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidə kompleksi önünə əklil qoyublar.

Sonra xidmətin rəisi və rəhbər heyət xidmətin inzibati binasının foyesində yerləşən Ulu Öndərə həsr olunmuş guşəyə baxış keçirərək, Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Xidmətin inzibati binasında təntənəli yubiley mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi və xidmətin yaranması haqqında ətraflı məlumat verib.

Tədbir zamanı xidmət rəisi ölkə başçısı İlham Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət orqanları üçün xüsusi rabitənin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrin keyfiyyətli, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində əldə edilmiş uğurları vurğulayıb.

Xidmət rəisi hazırda qarşıda duran ən mühüm vəzifələrdən - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) zamanı informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması və buraya COP29 məlumat bazasının DATA Mərkəzində yerləşdirilməsi, hərtərəfli təhlükəsizlik yoxlamalarının aparılması, mühüm telekommunikasiya problemlərinin həlli və tədbirin keçirildiyi məkanların “AzStateNet” internet şəbəkəsi ilə əhatə edilməsi, eləcə də Azərbaycanda ilk dəfə keçiriləcək Kiberdiplomatiya Konfransının təşkili ilə bağlı qarşıda duran işlərdən ətraflı məlumat verib.

Sonra XRİTDX-nin rəisi xidmətin bir sıra əməkdaşlarının təltif olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamını elan edib, təltifə və xidmətin əməkdaşlarına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına kollektiv adından öz minnətdarlığını bildirib.

Tədbirin sonunda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul edilib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün XRİTDX-nin əməkdaşlarının peşə bayramıdır

26-09-2025

Dövlət Xidmətinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramıdır

26-09-2024

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Heydər Əliyevlə bağlı tədbir keçirilib

08-05-2023

Dövlət Xidmətində Peşə Bayramı münasibətilə tədbir keçirilib

26-09-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Ümummilli Liderin məzarını ziyarət edib

12-12-2023

XRİTDX Ulu Öndərin xatirəsini yad edib

12-12-2024

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

19-01-2024

XRİTDX-də Ümummilli Liderə həsr edilən silsilə tədbirlər təşkil edilib

10-05-2026

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2025

RİNN-in kollektivi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

06-12-2024

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür

12-12-2015

XRİTDX I yarımilə yekun vurub

20-07-2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10-05-2023

Dövlət Xidmətinin şəxsi heyəti Anım Gününü qeyd edib

27-09-2024

Ümummilli lider Heydər Əliyevin vəfatından 13 il ötür

12-12-2016

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

10-05-2017

XRİTDX-də Ümummilli Liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

10-05-2025

Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19-01-2026

RİNN əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

06-12-2021

Dövlət Xidmətində 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

26-01-2024

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2024

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

10-05-2026

XRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

22-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə