Previous Next
Bağla

XRİTDX informasiya sistemlərinin auditindəki texniki problemlərin səbəbini açıqlayıb

02-10-2026 20:44
XRİTDX informasiya sistemlərinin auditindəki texniki problemlərin səbəbini açıqlayıb

Azərbaycanda dövlət qurumları və şirkətlərin faylların ötürülməsi üçün istifadə etdiyi FTP (File Transfer Protocol) protokolundan daha müasir CI/CD mühitinə keçid zamanı yeni təhlükəsizlik riskləri yarana bilər.

Xeberler.az məlumat verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov "ADEX 2026 – VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi" çərçivəsində keçirilən panel müzakirədə bildirib.

Xidmət rəsmisi bildirib ki, CI/CD mühitinə keçid proqram təminatının hazırlanması və yenilənməsi prosesini sürətləndirməklə yanaşı, yeni kibertəhlükəsizlik riskləri də yarada bilər: "CI/CD mühitinə keçid özünün gətirdiyi təhlükəsizlik imkanları ilə bərabər, müəyyən təhlükəsizlik problemləri də yaradacaq. Biz bunu görürük və buna kompleks yanaşmaq lazım olacaq. Yəni, sadəcə keçid edib hər şeyə icazə verə bilmərik".

Dövlət informasiya ehtiyatları sistemlərinin auditindən danışan N.Novruzov yoxlama prosesinin uzanmasına səbəb olan əsas problemlərdən də bəhs edib.

O bildirib ki, audit zamanı ilk çətinliklərdən biri sistemlərin "deployment" mərhələsində yaranan texniki problemlərlə bağlıdır.

"Praktikada müəyyən çətinliklərlə qarşılaşırıq. Birincisi, hazırlayan şirkət və yaxud qurum tərəfindən sistemlərin "deployment" vaxtı hər hansı bir sazlanmada çətinlik olur və yaxud nəsə düzgün işləmir. Sistemi yoxlamaq istəyirik, lakin ya sistemin özü, yaxud hansısa hissəsi işləmir. Bu halda bizim yoxlamamız yarımçıq qalır", – deyə N.Novruzov bildirib.

Onun sözlərinə görə, belə hallarda sistem üzrə texniki problemlər aradan qaldırıldıqdan sonra auditin yenidən keçirilməsi tələb olunur ki, bu da prosesin müddətini uzadır.

"Belə olan halda məcbur qalırıq ki, yenidən müraciət edək. Onlar problemləri aradan qaldırandan sonra təkrar yoxlama həyata keçiririk", – Xidmət rəsmisi deyib.

N.Novruzov audit zamanı aşkar edilən təhlükəsizlik boşluqlarının vaxtında aradan qaldırılmamasının da prosesi uzadan əsas amillərdən biri olduğunu qeyd edib.

"Prosesi ən çox uzadan məqamlardan biri budur ki, sistem yoxlanılır, boşluqlar aşkar olunur və onların aradan qaldırılması üçün müraciət edilir. Aradan qaldırılma müddəti uzanır və yaxud aradan qaldırıldığı deyilən boşluqları təkrar yoxlayanda görürük ki, yenə boşluqlar var. Bu da müddəti istər-istəməz uzadır", – o əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda internet informasiya ehtiyatlarının yoxlanılmasında AI-dən istifadə edilir

Azərbaycanda internet informasiya ehtiyatlarının yoxlanılmasında AI-dən istifadə edilir

02-10-2026
XRİTDX: Sabahın kibertəhdidlərinə dünənin alətləri ilə cavab vermək mümkün deyil

XRİTDX: Sabahın kibertəhdidlərinə dünənin alətləri ilə cavab vermək mümkün deyil

02-10-2026
Azərbaycanda süni intellektin təhlükəsizliyi ilə bağlı zirvə toplantısı keçiriləcək

Azərbaycanda süni intellektin təhlükəsizliyi ilə bağlı zirvə toplantısı keçiriləcək

02-10-2026
Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır

Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır

22-01-2024
Ötən il dövlət informasiya sistemlərində 1200-dən çox təhlükəsizlik boşluğu aşkarlanıb

Ötən il dövlət informasiya sistemlərində 1200-dən çox təhlükəsizlik boşluğu aşkarlanıb

27-02-2026
Dövlət qurumlarının 902 informasiya resursunda boşluqlar aşkarlanıb

Dövlət qurumlarının 902 informasiya resursunda boşluqlar aşkarlanıb

03-07-2025
Avqustda 46 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

Avqustda 46 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

04-09-2025
Dövlət Xidməti I yarımildə 373 dövlət informasiya sistemində boşluq tapıb

Dövlət Xidməti I yarımildə 373 dövlət informasiya sistemində boşluq tapıb

03-08-2023
XRİTDX: Dövlət qurumlarına müxtəlif formada kiberhücumlar edilir

XRİTDX: Dövlət qurumlarına müxtəlif formada kiberhücumlar edilir

02-05-2025
Dövlət Xidməti: "III rübdə 46 milyona yaxın zərərli keçid bloklanıb"

Dövlət Xidməti: "III rübdə 46 milyona yaxın zərərli keçid bloklanıb"

29-11-2021
Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

07-02-2023
Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025
Son dövrlər teleqram üzərindən vətəndaşlar daha çox aldadılır

Son dövrlər teleqram üzərindən vətəndaşlar daha çox aldadılır

05-09-2025
Tələbələr informasiya təhlükəsizliyi sahəsini öyrənir

Tələbələr informasiya təhlükəsizliyi sahəsini öyrənir

15-03-2023
Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024
“AzInTelecom” Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

“AzInTelecom” Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

31-01-2023
Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

08-01-2025
ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

21-05-2026
Dövlət qurumlarının informasiya ehtiyatında boşluqlar üzrə 373 hesabat hazırlanıb

Dövlət qurumlarının informasiya ehtiyatında boşluqlar üzrə 373 hesabat hazırlanıb

23-09-2023
Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

06-10-2025
Təhlükəsizlik boşluqları aşkarlanan informasiya resurslarının sayı artıb

Təhlükəsizlik boşluqları aşkarlanan informasiya resurslarının sayı artıb

03-12-2025
Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı iyunda azalıb

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı iyunda azalıb

04-07-2026
Təhlükəsizlik boşluqları olan dövlət informasiya resurslarının sayı artıb

Təhlükəsizlik boşluqları olan dövlət informasiya resurslarının sayı artıb

18-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə