Müasir dünyada süni intellekt informasiya müharibələrinin xarakterini dəyişib. Belə bir dövrdə Azərbaycanda rəqəmsal transformasiya milli təhlükəsizliyin və dövlət suverenliyinin mühüm təminatlarından biridir.
Xeberler.az məlumat verir ki, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” mövzusundakı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
“Bu gün texnologiyanın inkişafı yalnız iqtisadiyyatın və sosial həyatın transformasiyasına deyil, həm də beynəlxalq münasibətlərin xarakterinin, dövlətlərarası rəqabətin və qlobal güc balansının dəyişməsinə səbəb olur. Rəqəmsal texnologiyalar, süni intellekt və kiberməkan dövlətlərin strateji maraqlarının formalaşmasına, milli təhlükəsizlik siyasətinə və beynəlxalq münasibətlər sisteminə birbaşa təsir göstərən amillərə çevrilib. Beynəlxalq təcrübədən çıxan nəticəyə əsasən - kibertəhlükəsizlik yalnız hücum baş verdikdən sonra tədbir görmək deyil risklərin əvvəlcədən müəyyən edilməsi, davamlı monitorinqi, qabaqlayıcı müdafiə, operativ reaksiya və xidmətlərin dayanıqlı bərpasını əhatə edən fasiləsiz prosesdir. Dövlət Xidməti olaraq fəaliyyətimizin əsas istiqamətlərindən biri dövlət informasiya sistemlərinin və kritik informasiya infrastrukturunun mühafizəsi, kibertəhdidlərin vaxtında aşkarlanması, insidentlərə çevik reaksiya verilməsi və qabaqlayıcı müdafiə mexanizmlərinin inkişaf etdirilməsidir”, - deyə İlqar Musayev vurğulayıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları