Previous Next
Bağla

Yahoo yeni şifrə texnologiyası tətbiq edir

19-03-2015 12:10
Yahoo yeni şifrə texnologiyası tətbiq edir

Yahoo yeni parol sistemi ilə istifadəçilərin şifrə əzbərləmə zəruriliyini ortadan qaldırır.

İnternetin ən böyük adlarından olan Yahoo hesab təhlükəsizliyi üçün 'şifrə' sistemini başdan sona dəyişdirib.

Eynilə banklarda olduğu kimi tək istifadəlik parol və ya one-demand password sisteminə keçməyə hazırlaşan Yahoo-da istifadəçilər hesablarına daxil olmaq istədikdə artıq şifrələrini əzbərdən bilmək məcburiyyətində qalmayacaq. Belə ki, telefonlarına gələn parol ilə hesablarına daxil ola biləcəklər.

Yahoo-nun verdiyi açıqlamada bildirilib ki, bu üsul ilə həm şifrələrini əzbərləmək məcburiyyətində qalmaq istəməyənlər üçün asanlıq təmin olunacaq, həm də şifrə təhlükəsizliyində bir addım daha irəliyə gedəcəklər.

 

                                                                                                Sevil Rəsulzadə

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə