İnternetin ən iri axtarış-poçt portallarından biri olan "Yahoo!" korporasiyası istifadəçiləri barədə məlumatları 90 gün saxlayırdısa, indi mövqeyini dəyişib. Korporasiya rəhbərliyinin son qərarına görə, məlumatların saxlanma müddəti 18 aya qədər artırılıb.
Həmin məlumatlar arasında istifadəçilərin "Yahoo!" vasitəsilə axtardıqları sözlər xüsusi yer tutur.
"Yahoo!" bildirir ki, dəyişikliklər barədə istifadəçilərə yaxın 6 həftə ərzində açıqlama veriləcək. Məlumatların saxlanma müddəti ilə bağlı dəyişikliklər isə iyul ayında qüvvəyə minəcək.
Həmin məlumat bazasında istifadəçinin İP və internetə qoşulduğu provayder şirkətin ünvanı, baxılan səhifələrin ünvanları və sayları, habelə istifadəçinin üstünlük verdiyi veb-saytların ünvanları olacaq.
"Yahoo!"nun icraçı direktoru Kerol Bartsın dediyinə görə, istifadəçilər barədə məlumatların müəyyən müddət ərzində saxlanması onlar barədə potensial informasiyaların toplanması mənasını vermir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri