Yahoo Messenger 10 istifadəyə verildi

19-11-2009 / 09:40

Yahoo-nun birbaşa mesajlaşma proqramı Yahoo Messenger-in yeni distributivi 10 beta variantından çıxdı. Yahoo Messenger 10-nun final versiyası yayımlanıb. Bu versiyanın Yahoo Messenger 9-a nisbətən daha çox məşhur olacağı gözlənilir. Yahoo Messenger 10 proqramı 29 dildə bazara çıxardılıb.

Yeni versiyada görünüşlü danışma xüsusiyyəti daha yaxşı inkişaf etdirilib. Mikrofonun səsini azaldıb, kompüterinizin dinamiklərini səs çıxışı olaraq istifadə etmək olar. Yoldaşlarla mesajlaşarkən, fayl transferi, fotoşəkil paylaşması və oyunlar kimi xüsusiyyətlərdən faydalanmaq mümkündür.

Bundan əlavə, Yahoo Messenger 10 ilə birlikdə ictimai şəbəkə komponentləri də proqrama daxil edilib. Yahoo-nun ictimai şəbəkə xidmətləriylə inteqrə olan YM 10, Y! aktuallaşdırmaları haqqında həmin an məlumat almaq olur.

Yahoo Messenger 10-u bu linkdən yükləmək olar.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.