Yanğınları söndürmək üçün artıq robotlardan istifadə ediləcək.
Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avstraliyada yanğınlara qarşı və xüsusilə yanğınsöndürənlərin həyatını riskə atmamaq üçün güclü robot təqdim edilib.
Yeni turbin dəstəkli yanğınsöndürən robotu- TAF 20 Avstraliya əyaləti olan Yeni Cənubi Uels bölgəsində istifadə edilməyə başlanacaq.
Sidney Təcili Xidmətlər direktoru David Elliott və Fövqəladə Hallar Komissiyası Greg Mullins tərəfindən təqdim edilən robot, , xüsusilə yanğınsöndürənlərin daxil olması çox təhlükəli olan yerlərdə istifadə olunacaq.
TAF 20 90 metrə qədər sulama qabiliyyətinə malikdir. 60 metrə qədər isə köpük və buxarı geniş sahəyə yayır.
Bundan əlavə, üzərindəki böyük ventilyator sayəsində otaqlardakı dumanı asanlıqla təmizləyə bilir. 500 metr uzaqlıqdan idarə olunabilən robot yanğınsöndürənlər üçün təhlükəli olan yerləri təhlükəsizlik vəziyyətə gətirəcək.
Greg Mullins-in sözlərinə görə dövlət bu robot üçün 222 min dollar ödəyib.
Bu texnologiya gözlənilən nəticələri qazanarsa, digər ölkələrdə də belə bir sistemdən istifadə edə bilər.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri