Robot-çoban ixtira edilib

15-08-2016 / 16:07

Avstraliyanın Sidney Universitetinin alimləri tərəfindən istənilən ərazidə hərəkət edə, otlaqda heyvanları izləyə və onların sağlamlığına nəzarət edə bilən kənd təsərrüfatı robotu yaradılıb.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, məsafədən idarə edilən “SwagBot” adlı robotun müxtəlif sensorlar və ixtisaslaşdırılmış proqram təminatı ilə təchiz edilməsi planlaşdırılır ki, bu da robota avtonom rejimdə işləməyə imkan verəcək. Robot-çoban həmin sensorlar vasitəsilə heyvanların otarılması üçün məkan seçəcək, onların sürüdən geri qalmasına imkan verməyəcək, həmçinin heyvanların sağlamlıq vəziyyətini izləyə biləcək.

“SwagBot”un sınaqları uğurla başa çatarsa, robot tezliklə kənd təsərrüfatında geniş istifadə ediləcək.

 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə