Dubayda ilk robot polis fəaliyyətə başlayıb

22-05-2017 / 11:46

Dubayın polis xidmətinin tərkibinə Robocop adlı ilk robot-polis daxil edilib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, robotun hündürlüyü 170 sm, çəkisi 100 kq-dır. Robot emosiyaları müəyyənləşdirən detektorla təchiz edilib.

 O, insanlarda üz ifadələri və jestlərini 1,5 metrədək məsafədən tanıyır. Beləliklə, robot insanlarla əlaqə yarada və qanunu pozanları aşkar edə bilir.

Robot quraşdırılmış daxili naviqator sayəsində ərazidə hərəkət edir, ərəb və ingilis dilləri daxil olmaqla 6 dildə danışır. Vətəndaşlar bu robot vasitəsilə kredit kartları ilə polis xidmətlərini ödəyə bilərlər.

Küçə və ticarət mərkəzlərində patrulluq edən Robocop müvafiq video çəkilişlərini təqdim etməklə qanun keşikçilərinə cinayətkarları tapmaqda kömək edəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə