Xeberler.az bildirir ki, Kaliforniya Universitetinin alimləri robot-tarakan yaradıblar. Həşəratların mənfi keyfiyyətlərinə malik olmayan qurğunu əzmək mümkün deyil. Bundan başqa, yeni robot potensial olaraq, onlarla insanın həyatını xilas edə bilər. Təxminən poçt markası ölçüsündə olan robot-tarakanın korpusu polivinilidenftorid adlı materialdan ibarət nazik örtükdən hazırlanıb. Yeni robotda cərəyan iki elektroda ötürülür. Onlar qurğunu əyilib-düzəlməyə vadar edirlər. Robotun ön hissəsində hərəkət istiqamətini müəyyənləşdirən xüsusi ayaqlar yerləşir. Bunun sayəsində robot müxtəlif səthlər üzərində asanlıqla hərəkət edə bilir.
“Miniatür robotların əksəriyyəti çox kövrəkdir. Siz onun üzərinə çıxsanız, robotu məhv edəcəksiniz. Biz aşkar etdik ki, robot-tarakana müəyyən forma versək, o, bu kimi ağırlıqlara dözə biləcək. Çəkisi cəmi 1 qram təşkil edən robot-tarakan hündürlüyə qalxa və təxminən 1 yerfındığı boyda kiçik yükü daşıya bilər”, – deyə universitetin professoru Livey Lin bildirib. Alimlərin sözlərinə əsasən, bu kimi robotlar axtarış-xilasetmə əməliyyatlarında faydalı ola bilərlər. Bununla yanaşı, onları “həyəcan siqnalı” düyməsi ilə təchiz etmək və uçqunların altına göndərmək olar. Beləliklə, sağ qalmış insanların yerlərini aşkarlamaq və onların həyatlarını xilas etmək mümkün olacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri