Koreya Respublikasında 1392-1910-cu illərdə batan gəmilərin tədqiqi üzrə genişmiqyaslı layihə çərçivəsində ilk dəfə olaraq supermüasir sualtı robotdan istifadə ediləcək.
Xəbərlər RYTN-nə istinadən məlumat verir ki, robotdan ətraflı sualtı foto və videoçəkilişlərin aparılması üçün tətbiqi planlaşdırılır.
Robotdan şərti kod adı “Mado No. 4” olan gəminin öyrənilməsi üçün istifadə olunacaq. Gəmi ötən ilin oktyabrında Sarı dənizdə Mado adasında tapılıb.
Xarici görünüşünə görə dəniz dərinliklərinin buğumayaqlı sakininə oxşayan dördayaqlı və iki tutqaclı sualtı robot “Crabster CR200” adlanır. Robot çəkilişlər edə, dəniz dərinliklərindən tarixi tapıntıları qaldıra, ultrasəsli exolokasiya və hidrolokator qurğusu vasitəsilə dərinlikləri öyrənə bilir. Çəkisi 650 kq təşkil edən aparatın uzunluğu və eni 2,4 m, hündürlüyü 1,3 metrə bərabərdir.
Suyun altında saniyədə 25 santimetr sürətlə hərəkət edən sualtı robot dərinliklərdə və güclü su axını olan yerlərdə işləyə bilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri