Previous Next
Bağla

Yeni Bloq – Yeni Media layihəsi başa çatıb

04-12-2019 19:08
Yeni Bloq – Yeni Media layihəsi başa çatıb

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər üçün “Yeni Bloq – Yeni Media” adlı sosial media layihəsi keçirilmişdir.

Layihə çərçivəsində oktyabr-noyabr 2019-cu il tarixlərində keçirilən təlimlərdə gənclərə təcrübəli təlimçilər tərəfindən bloqqerlik fəaliyyəti barədə ilkin anlayışlar, bloqların yaradılması və təkmilləşdirilməsi, həmin platformaların üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkələrin yaradılması, eləcə də gənc sahibkarların mövcud imkanlardan yararlanması, əqli mülkiyyətin qorunması istiqamətində nəzəri və praktiki təlimlər keçirilmişdir.

Təlimlər ərzində iştirakçıların bloqqerlik üzrə təlimçi Rəşad Əliyev, tanınmış vbloqqer Nərmin Knyaz, “Azxeber.com” informasiya portalının baş direktoru Əfsələddin Ağalarov və həmin platformanın baş redaktoru Hacıbəy Heydərli kimi ekspertlərlə görüşləri təşkil edilmişdir. Bu kimi görüşlər zamanı iştirakçılarla bloq yaratmaq mövzusu ilə yanaşı, “Virtual məkanda milli maraqlarımız” və “Bloqlar vasitəsilə maddi gəlir əldə etmək” mövzularında müzakirələr aparılmışdır.

Təlimlərin keçirilməsində məqsəd iştirakçılara yeni medianın, xüsusilə bloqların üstünlüklərini çatdırmaq, İKT-nin imkanlarından səmərəli istifadə istiqamətində nəzəri və praktiki biliklər vermək, eləcə də Bloq və VBloq xidmətlərindən daha faydalı istifadə bacarıqları aşılamaqdan ibarət olmuşdur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni Bloq – Yeni Media adlı sosial media layihəsinə start verilib

29-10-2019

Yeni Bloq – Yeni Media adlı layihəyə start verilir

03-10-2019

Yeni media və İnternet haqqında təlimlər layihəsi davam edir

08-02-2010

Yeni media və İnternet haqqında təlimlər layihəsinin növbəti mərhələsinə start verildi

12-02-2010

Bloqçular Sumqayıtda bir araya gəldi

05-12-2011

Yeni media və İnternet haqqında təlimlər layihəsinin növbəti mərhələsi başa çatdı

15-02-2010

Sumqayıtda bloq haqqında seminar keçiriləcək

01-10-2010

“Bloq: dünyaya yeni pəncərə” mövzusunda tədbir keçirildi.

05-02-2011

Ağdərə haqqında yeni sayt / bloq istifadəyə verildi

09-07-2010

Növbəti treninq

31-10-2008

YazYay Məktəbi-Bloqlar haqqında təlimlər

22-03-2010

Sosium- bloq yazıları müsabiqəsi-3

27-12-2010

Gənclərə internet vasitəsilə pul qazanmağın yolları öyrədilir

31-10-2013

Best Of Blogs-2008 5-ci beynəlxalq bloqlar müsabiqəsinə start verilib

02-09-2008

"İrəli" 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib

19-01-2011

MediaMən Layihəsinin açılış tədbiri keçirilib

09-01-2019

Sumqayıtda gənclər üçün İKT təlimlər keçirilir

26-12-2016

Bloqçular Sumqayıt Bloq Günündə bir araya gələcək

24-11-2011

“İKT Akademiyası” layihəsinin bağlanış tədbiri keçirilmişdir

01-07-2019

İKT Akademiyası layihəsinin bağlanış tədbiri keçirilib

04-03-2019

Gənclərimizə sosial şəbəkələrdə həqiqətlərimizi təbliğ etmək öyrədilir

12-10-2010

Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt / bloq istifadəyə verildi

23-08-2010

İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda təlimlər başlayır

23-04-2013

Müəllimlər üçün keçirilən təlimlər başa çatdı

14-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə