Yeni elektron imza cihazı təqdim edildi- Qiymətlər

20-09-2016 / 13:08

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzi elektron imza sertifikat daşıyıcılarının yeni növünü - USB tokenləri vətəndaşların ixtiyarına verib.

Xeberler.az-ın məlumatına görə, bu gün USB tokenlərlə bağlı MHM-də təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində media nümayəndələrinə yeni xidmətlə bağlı ətraflı məlumat verilib.

Qeyd edilib ki, informasiya təhlükəsizliyi və istifadəçi rahatlığı üçün nəzərdə tutulmuş, etibarlılıq müddəti 3 il olan bu tokenlər həm də elektron xidmətlərdən rahat istifadə imkanı yaradacaq. 

Vətəndaşlar istənilən bank xidmətindən istifadə edəndə, gömrük və vergi bəyannamələrini dolduranda mobil qurğulardan və yaxud kompüterlərdən istifadə edərək, USB tokenlərlə çox asanlıqla əməliyyat apara bilərlər. 

Məlumat verilib ki, USB tokenləri sadə vətəndaşların, dövlət qurumlarının əməkdaşlarının, hüquqi şəxslərin autentifikasiya və e-imza kartı məlumatlarının unikal daşıyıcısı hesab etmək olar.

Belə ki, onların istifadəsi də olduqca sadə və rahatdır. Belə ki, elektron imzadan istifadə etmək üçün kart və kart oxucusunun alınması zəruri idi. İndi isə yalnız USB formasında olan tokeni almaq kifayətdir. 

 Bu barədə jurnalistlərə ətraflı məlumat verən Milli Sertifikat Mərkəzinin müdiri Arif Mayılov deyib ki,  yeni daşıyıcı USB tokenləri əhalinin büdcəsinə qənaət edəcək:

“E-imza sertfikatı alanda kart oxuyucu da lazım olurdu.Onun üçün ayrıca 13 manat ödəmək lazım gəlir. USB tokenlərdə isə sadəcə bu USB-lərin qiyməti  ödənilir. Yəni, kart oxuycunun qiyməti qənaət edilir. Beləliklə, elektron imza kartı üçün 18 manat, kart oxuyucu üçün isə əlavə olaraq 13 manat ödəniş edilməli olduğu halda, USB tokeni 18 manata əldə etməklə elektron imzanın bütün funksiyalarından yararlanmaq mümkündür".

Onun sözlərinə görə, bu USB-lərin qiyməti  şəxslərə görə dəyişir:

“Qiymətlər subyektinə görə dəyişir.  Belə ki, USB tokenlərin qiymət əhali üçün 18 AZN, sahibkarlıqla  məşğul olan fiziki şəxslər üçün 36 manat, hüquqi şəxslərin USB daşıyıcaları 72 AZN, dövlət qulluqçuları üçün isə 58 AZN-dir.

USB tokenləri necə əldə etmək olar?

“Bunun üçün vətandaşlar Milli Sertifakiya Mərkəzinin qeydiyyat mərkəzlərinə müraciət etməlidir. Həmin şəxs şəxsiyyətini təsdiq edən sənədin nüsxəsini gətirməlidir.Yeni daşıyıcı olan USB tokenləri Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat mərkəzlərinə yaxınlaşaraq, həmçinin, onlayn sifariş yolu ilə əldə etmək mümkündür"

Elektron imza kartlarından  2012-ci  ildən etibarən dövlət idarəçiliyi sahəsində  geniş istifadə olunur.

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə