Previous Next
Bağla

Nazirliyin bu xidmətinə görə e-imzaya təlabat artıb

14-04-2017 17:02
Nazirliyin bu xidmətinə görə e-imzaya təlabat artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektronlaşdırılaraq “Elektron hökumət” portalına inteqrasiya edilən “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” adlı yeni xidmət elektron imzaya təlabatı artırıb.

Xeberler.az-ın məlumatına görə, artıq ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə iri və orta sahibkarlardan hesabatları tamamilə elektron qaydada qəbul edir.

Bu elektron xidmətdən istifadə etmək üçün sahibkarın möhür hüququ olan elektron imza kartı olmalı, yaxud möhürü səlahiyyətli şəxs ona icazə verməlidir.

Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) sahibkarların nəzərinə çatdırır ki, elektron imzanı heç yerə getmədən onlayn sifariş etmək mümkündür. Həmçinin “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” xidməti üçün möhür səlahiyyətli elektron imza kartı olan müəssisə rəhbəri elektron imzası olan istənilən əməkdaşına elektron formada səlahiyyət verə bilər. Xatırladaq ki, elektron imzanı www.e-imza.az internet ünvanından onlayn sifariş etmək mümkündür. Bunun üçün istənilən vətəndaş www.e-imza.az saytından“onlayn müraciət” menyusuna daxil olub, “Hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün” bölməsini seçməlidir. Daha sonra elektron ərizə formasındakı anketi tamamlayb, onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər. Sifariş zamanı MSXM-in təqdim etdiyi 2 elektron imza daşıyıcısından birini - smart kart və ya smart tokeni seçmək mümkündür.

Smart tokenlər e-imza sertifikat daşıyıcılarının yeni bir növüdür. USB formasında olan tokenlərdən istifadə zamanı əlavə tələb olunan kart oxuyucuya ehtiyac olmur, həmçinin proqram təminatı tokenin daxilində yerləşir və ilkin istifadə zamanı avtomatik şəkildə istifadəçi qurğusuna yüklənilərək asanlıqla quraşdırılır.

Sifariş Mərkəzə daxil olan kimi elektron imza sertifikatı hazırlanır və bu barədə vətəndaşa elektron poçt və telefon vasitəsilə məlumat verilir. Sertifikatının hazır olması barədə məlumat bildirişi almış şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində qeydiyyat mərkəzinə yaxınlaşıb, şəxsiyyət vəsiqəsini təqdim etməklə elektron imza sertifikatını ala bilər.

Qeyd edək ki, MSXM-nin təqdim etdiyi elektron imza daşıyıcısı olan smart kart və ya USB token  istifadəçiləri 3 il müddətində əlavə heç bir ödəniş etmədən  istənilən qədər əməliyyat apara bilər. 

Onu da qeyd edək ki, e-imza sertifikatının sifarişi üçün Üzeyir Hacıbəyov 36 ünvanında yerləşən Şəbəkə xidmət mərkəzinə də müraciət etmək olar.

Beləliklə, onlayn sifariş edərək vətəndaş operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını alır.

Günel

a

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-imzanın onlayn sifarişi sadələşdirildi

31-10-2017

“COVİD-19” pandemiyası dövründə elektron imzaya maraq artıb

02-07-2020

Elektron imza sertifikatının sifarişi onlayn qəbul ediləcək

20-03-2020

Elektron imza ilə bağlı yenilik

03-08-2017

Sığorta hesabatlarını elektron formada necə göndərməli?

17-04-2017

E-xidmətlərlə bağlı növbəti təlim keçirilib-Foto

18-05-2017

Ötən il 23 mindən çox e-imza sertifikatı istifadəyə verilib

09-01-2017

“SİMA Token”in onlayn sifarişi mümkün oldu

10-10-2024

2020-ci ildə e-imza sertifikatlarına tələbat 32 faiz artıb

13-01-2021

E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

10-09-2023

Yeni elektron imza cihazı təqdim edildi- Qiymətlər

20-09-2016

E-imza sertifikatlarının sayı açıqlandı

12-07-2016

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

10-05-2013

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

Milli Sertifikat Xidmətləri Mərkəzi yeniliyə imza atdı

01-05-2015

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

26 mindən çox e- imza sertifikatı istifadəyə verilib

11-01-2018

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026

Elektron imza-dan istifadə sayı 13 milyonu keçdi

04-06-2016

Elektron imza saytına yeni funksional bölmələr əlavə edilib

03-04-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə