Previous Next
Bağla

Yeni elektron imza platforması işə salınır

09-10-2015 19:17
Yeni elektron imza platforması işə salınır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) e-Gov.Identity - yeni mobil eyniləşdirmə (identifikasiya) platformasını işə salır.

Xəbərlər-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu MHM-in Veb proqramlaşdırma şöbəsinin müdiri Emin Novruzov deyib.

Onun sözlərinə görə, abonentin telefonuna bağlı olacaq e-Gov.Identity platforması loqin və şifrə, yaxud elektron hökumət (e-gov.az) portalına giriş üçün istifadə edilən elektron imzadan ibarətdir: “Əvvəlcə elektron xidmətlər və müxtəlif ödəniş resurslarına, məsələn, Hesab.az və ya ASAN Pay-ə giriş üçün yalnız identifikatorun yaradılması nəzərdə tutulurdu. Sonra isə e-Gov.Identity-yə elektron imza funksiyasının əlavə edilməsi qərara alındı ki, bu da mobil eyniləşdirmə platformasını daha funksional etdi. Bununla da elektron sənədləri imzalamaq imkanı yarandı”.

E.Novruzov qeyd edib ki, yeni platformanın kartriderin olmasına ehtiyacı yoxdur. Bundan başqa, onun istifadəsi üçün Sim-kartın dəyişdirilməsi tələb olunmur və e-gov.az portalında qeydiyyatdan keçərək loqin və şifrəni almaq, yaxud mövcud elektron imzadan istifadə etmək kifayət edir.

O əlavə edib ki, aktivləşdirmə SMS üzrə həyata keçiriləcək, bundan sonra istifadəçiyə xüsusi eyniləşdirmə nömrəsi göndəriləcək: “İstifadəçi həmin nömrəni sonra dəyişə biləcək. Perspektivdə aktivləşdirməni USSD komandası üzrə həyata keçirmək mümkün olacaq ki, bu da artıq mobil rabitə operatorları ilə müzakirə mövzusudur".

İstifadəçilərə, həmçinin müxtəlif elektron xidmətlərə təhlükəsiz çıxış əldə etməyə və elektron sənədlərin imzalanması üzrə əməliyyat aparmağa imkan verən servis təqdim ediləcək. Mobil eyniləşdirmə platformasına xidmət göstərilməsi üçün yeni sertifikasiya mərkəzi yaradılacaq.

İlkin mərhələdə xidmətin pulsuz göstərilməsi planlaşdırılır.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“E-gov identity” xidməti artıq vətəndaşların istifadəsində

“E-gov identity” xidməti artıq vətəndaşların istifadəsində

03-11-2015
Portalın mobil tətbiqi nə vaxt istifadəyə veriləcək?

Portalın mobil tətbiqi nə vaxt istifadəyə veriləcək?

07-09-2015
Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013
Milli Sertifikat Xidmətləri Mərkəzi yeniliyə imza atdı

Milli Sertifikat Xidmətləri Mərkəzi yeniliyə imza atdı

01-05-2015
“Elektron hökumət” portalının mobil tətbiqi istifadəyə verildi

“Elektron hökumət” portalının mobil tətbiqi istifadəyə verildi

30-10-2015
“Elektron hökumət” portalının mobil tətbiqində hansı yeniliklər olacaq?

“Elektron hökumət” portalının mobil tətbiqində hansı yeniliklər olacaq?

08-10-2015
 Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016
Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015
Elektron xidmətləri ilk iOS istifadəçiləri əldə edəcək

Elektron xidmətləri ilk iOS istifadəçiləri əldə edəcək

09-10-2015
Arxivlərin elektronlaşması üçün proqram təminatı hazırlanıb

Arxivlərin elektronlaşması üçün proqram təminatı hazırlanıb

09-08-2015
Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi

Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi

17-03-2026
Daha bir bank elektron arayış sisteminə qoşuldu

Daha bir bank elektron arayış sisteminə qoşuldu

18-06-2015
Dövlət qurumlarının e-xidmətlərindən istifadə asanlaşır

Dövlət qurumlarının e-xidmətlərindən istifadə asanlaşır

02-01-2016
“Elektron hökumət” bülleteninin növbəti sayı dərc edilib

“Elektron hökumət” bülleteninin növbəti sayı dərc edilib

18-07-2017
“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu   

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022
Rabitə, kommunal, cərimə üzrə bildirişləri mobil telefonla necə əldə etməli?

Rabitə, kommunal, cərimə üzrə bildirişləri mobil telefonla necə əldə etməli?

11-11-2015
Bakcell ASAN İmza xidmətinə qoşulan abunəçilərini mükafatlandırdı

Bakcell ASAN İmza xidmətinə qoşulan abunəçilərini mükafatlandırdı

06-02-2015
Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

07-03-2019
Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib

Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib

28-12-2023
EHİM-dən daha bir yenilik: “ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb

EHİM-dən daha bir yenilik: “ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb

12-03-2021
“Elektron hökumət” portalının yeni mobil tətbiqi hazırdır

“Elektron hökumət” portalının yeni mobil tətbiqi hazırdır

11-09-2015
Sim-kartları elektron formada satmaq icbari olacaq

Sim-kartları elektron formada satmaq icbari olacaq

12-05-2015
 Azərsu-dan yeni e-xidmət

Azərsu-dan yeni e-xidmət

01-06-2017
"SİMA" "E-taxes" portalına inteqrasiya edilə bilər

"SİMA" "E-taxes" portalına inteqrasiya edilə bilər

25-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə