Previous Next
Bağla

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015 13:30
Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

İyunun 9-da "Elektron Hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşları ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları arasında görüş keçirilmişdir.

Qurumdan Xəbərlər-ə verilən məlumata görə, görüşdə Mədəniyyət və Turizm Nazirliyinin "Texniki təchizat və proqram təminatı" şöbəsinin müdiri Qabil Abbasov, Məlumat Hesablama Mərkəzinin "Yeni Texnologiyalar" şöbəsinin müdiri Çəmşid Naxçıvanski, "Veb proqramlaşdırma" şöbəsini müdiri Emin Novruzov və digər mütəxəssislər iştirak etmişdir.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin veb səhifələrində təqdim etdiyi elektron xidmətlərin "Elektron Hökumət" portalına inteqrasiya olunması istiqamətində müzakirələr aparılmışdır. Görüş zamanı inteqrasiya olunacaq xidmətlərin təhlükəsizliyi, istifadə üsullarının portala uyğunlaşdırılması və səmərəliyinin artırılması məsələləri müzakirə edildi. Xidmətlərin portala inteqrasiyası üçün tələb olunan texniki şərtlər MHM-in əməkdaşları tərəfindən izah edildi.

Ç.Naxçıvanski müzakirə zamanı portala qoşulma ilə bağlı texniki tələbləri, xidmətlərin hazırlanması və "Elektron Hökumət" portalına inteqrasiya prosesini, məlumatların ötürülməsi mexanizmini, ortaya çıxa biləcək problemləri və həll yollarını qurum nümayəndələrinə bildirdi.

E. Novruzov artıq portala bundan sonra inteqrasiya olunan xidmətlərin təhlükəsizlik və operativiyi ilə yanaşı, həmçinin dizayn formatının da müvafiq tələblərə uyğunlaşdırılmasının vacibliyini qeyd etdi.

Q. Abbasov MHM-in əməkdaşlarına nazirliyin təqdim etdiyi elektron xidmətlər haqqında ətraflı məlumat verərək, xidmətlərin portala inteqrasiyası zamanı müəyyən imkanların portal tərəfindən yaradılmasını təklif etdi.

Görüşün sonunda MHM-in aidiyyatı mütəxəssislərinin yaxın günlərdə quruma göndərilməsi və ilkin texniki hazırlıqlara başlanması qərara alındı.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azəriqaz-ın xidmətləri portala inteqrasiya olunur

13-08-2015

Daha bir Dövlət Agentliyinin xidməti Portala qoşulacaq

14-08-2015

“Qaz abunəçiləri üzrə informasiya ehtiyatı”nın inteqrasiyası müzakirə olunub

29-04-2015

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017

“Azərişıq ASC” “Elektron hökumət” portalına inteqrasiya olunur

06-05-2015

E-xidmətlərin 75 faizi portala inteqrasiya edilib

14-12-2015

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015

“Elektron hökumət” portalında e-xidmətlərin sayı artıb

05-03-2015

Daha bir qurum xidmətini “Elektron hökumət” portalına inteqrasiya edib

16-06-2015

Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

02-02-2015

Gənclərin Elektron Hökumət portalından istifadəsi mövzusunda təlim keçirilib

26-06-2015

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017

Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

05-05-2015

Təhsil arayışları elektron formada veriləcək

25-11-2015

“Elektron hökumət” portalına 4 milyondan çox giriş olub

11-03-2015

“Elektron hökumət” portalında elektron xidmətlərin sayı artıb

04-05-2015

Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

17-03-2015

Bankların elektron xidmətlərdən istifadəsi müzakirə olunub

29-04-2015

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirildi

09-10-2015

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

Elektron xidmətlərin sayı artır

27-07-2012

Məlumat Hesablama Mərkəzinin Microsoft şirkətinin nümayəndələri ilə görüşü keçirilib

08-05-2015

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

Portaldan daha bir yenilik

05-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə