Previous Next
Bağla

Azərsu-dan yeni e-xidmət

01-06-2017 18:22
 Azərsu-dan yeni e-xidmət

Azərsu ASC–nin “Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət” adlı elektron xidməti “Elektron hökumət” portalına ( www.e-gov.az ) əlavə olunub.

Xeberler.az-ın məlumatına görə, sözügedən xidməti www.e-gov.az üzərindən “Bütün xidmətlər” bölməsindən Azərsu-nun  xidmət qrupu arasından, həmçinin “Axtarış” xanasına e-xidmətin adını yazmaqla tapa bilərsiniz.

Vətəndaş müraciətini, abonent kodunu daxil etməklə və ya elektron xidmət FİN-ə uyğunlaşdırıldığına görə birbaşa “Davam et” düyməsini seçməklə formalaşdıra bilər. Açılan pəncərədə müvafiq xanaları zəruri qaydada qeyd etdikdən sonra müraciət təsdiqlənməlidir.

Beləliklə, vətəndaş kompüter və internetin olduğu istənilən yerdən sözügedən məsələlərlə bağlı müraciətini elektron qaydada göndərə bilər. Müraciət formasında qeyd edilmiş bütün xanalar lazımi qaydada doldurulduqda müraciət qeydə alınır və monitorda “MÜRACİƏTİNİZ QEYDİYYATA ALINDI. XİDMƏTİMİZDƏN İSTİFADƏ ETDİYİNİZ ÜÇÜN SİZƏ TƏŞƏKKÜR EDİRİK” sözləri yazılmış təsdiq pəncərəsi açılır. İcra müddəti 3 iş günü təşkil etdiyindən su-kanal idarəsinin nümayəndələri tərəfindən bu müddət ərzində müraciətə əsasən zəruri tədbirlər görülür.

“Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət” adlı elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edildikdən sonra portalda olan elektron xidmətlərin sayı 449 oldu.

Qeyd edək ki, elektron xidmətin istifadəsi üçün www.e-gov.az, “Elektron hökumət” portalına müvafiq autentifikasiya vasitələri (“Elektron imza” kartı, “Asan imza”, e-gov identiti və istifadəçi adı/şifrə) ilə giriş edilir.

Diqqət! www.e-gov.az portalının giriş vasitələri olan istifadəçi adı/şifrə və “Elektron imza”nı aşağıdakı ünvanlardan əldə etmək olar:

– www.e-gov.az və www.e-imza.az saytı üzərindən online müraciət etməklə;
– "Şəbəkə" xidmət mərkəzlərindən;
– Elektron imza qeydiyyat məntəqəsi (Dilarə Əliyeva küç. 185); 

Əlavə məlumat üçün aşağıdakı linkləri klikləyin:

– www.e-gov.az portalına onlayn qeydiyyat
– Elektron imza üçün onlayn müraciət
– Xidmətin təlimatı
– Onlayn konsultasiya

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərsu-dan yeni elektron xidmət

20-02-2017

Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

30-05-2017

Portalda e-arayışların sayı 18-ə çatdı

09-10-2017

​Azərbaycanda daha bir arayış elektron qaydada veriləcək

08-08-2016

Portala daha bir xidmət inteqrasiya edildi

18-10-2016

E-imzanın onlayn sifarişi sadələşdirildi

31-10-2017

Yeni elektron xidmət yaradılıb

24-12-2014

Gömrük ödənişlərini onlayn ödəmək mümkünləşdi

21-02-2015

Azərsu-ya şikayəti elektron formada göndərə bilərsiniz

10-08-2017

“E-gov identity” xidməti artıq vətəndaşların istifadəsində

03-11-2015

Nazirliyin bu xidmətinə görə e-imzaya təlabat artıb

14-04-2017

Sığorta hesabatlarını elektron formada necə göndərməli?

17-04-2017

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017

TBC Kredit arayışların elektron formada qəbuluna başlayıb

07-01-2016

Bu e- xidmətdən 45 mindən çox istifadə edilib

16-03-2018

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017

Portala inteqrasiya edilən e-arayışların sayı artdı

15-12-2016

Elektron imza ilə bağlı yenilik

03-08-2017

"Azərsu"dan elekton xidmət

23-12-2014

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

İqtisadiyyat Nazirliyinin elektron xidmətlərinə müraciətlərin sayı artıb

12-05-2025

Portal üzərindən ən çox hansı qurumlara müraciət olunub?

11-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə