Previous Next
Bağla

EHİM-dən daha bir yenilik: “ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb

12-03-2021 20:06
EHİM-dən daha bir yenilik: “ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb

Fəaliyyətini dövlət – dövlət, dövlət - vətəndaş və dövlət – özəl istiqamətli elektron xidmətlərə fokuslanaraq davam etdirən Elektron Hökumətin İnkişafı Mərkəzi elektron xidmətlərin göstərilməsi və inkişafı üçün vətəndaşlara xidmət edir.

Xeberler.az bildirir ki, vətəndaşlar arasında daim müxtəlif sorğular keçirirərək onların ehtiyaclarını müəyyən edən və araşdırmalar edərək beynəlxalq təcrübədə texnoloji innovasiyanı yaxından izləyən EHİM bu dəfə “ASAN Login” sistemi üzrə yeni imkanı vətəndaşların istifadəsinə təqdim edib. Belə ki, “ASAN Login” Vahid Giriş Sistemində səs və üztanıma kimi innovativ həllərə əsaslanan videoqeydiyyat imkanı yaradılıb.

Videoqeydiyyat “ASAN Login” sisteminin vətəndaşlar üçün əlçatanlığını və elektron xidmətlərdən istifadəni daha da genişləndirmək məqsədilə yaradılıb. Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə 52 sistemə girişi təmin edən “ASAN Login” bir çox istifadəçi adı və parolu yadda saxlamaq ehtiyacını aradan qaldırır, məlumat sızması təhlükəsini minimuma endirir. Bir dəfə “ASAN Login”də qeydiyyatdan keçən vətəndaş bura inteqrasiya edilmiş bütün qurum və sistemlərə giriş edə və göstərilən xidmətlərə rahat şəkildə müraciət edə bilər. Sistem vətəndaşlara zamana qənaət etmək və məlumatları vahid məkandan idarə etmək imkanlarını yaradır.

Məhz bu üstünlükləri sayəsində 2020-ci ildə “ASAN Login”də istifadəçi sayı 2019-cu illə müqayisədə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib.

Qeyd edək ki, “ASAN Login”də 4 cür giriş sistemi mövcuddur:

- İdentifikasiya nömrəsi ilə,

- “Asan İmza” ilə, 

- elektron imza ilə,

- BSXM-in (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə.

“ASAN Login”də gücləndirilmiş elektron imzası – yəni “Asan imza” və ya elektron imzası olmayan vətəndaşlar identifikasiya nömrəsi ilə qeydiyyatdan keçirlər. Bu zaman vətəndaşın mobil nömrəsinin onun öz adına olması mütləqdir. Mobil nömrəsi öz adına olmayan vətəndaşlarda isə qeydiyyat keçməkdə müəyyən çətinliklər yaranırdı. Hazırda isə identifikasiya nömrəsi ilə qeydiyyat bölməsində yeni yaradılmış videoqeydiyyatın köməyi ilə vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə biləcəklər. Beləliklə videoqeydiyyat öz adına mobil nömrə olmayan vətəndaşlar üçün də bir çox elektron xidmətlərə müraciət etmək imkanı yaradır.

“ASAN Login”də artıq qeydiyyatdan keçmiş vətəndaşların isə videoqeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Videoqeydiyyatla “ASAN Login”də qeydiyyatdan keçmək vətəndaşlar təlimat videosu ilə tanış ola bilərlər: https://youtu.be/UCBVu2hyzv8

FİN kod və mobil nömrə ilə qeydiyyatla bağlı təlimat videosu: https://youtu.be/aqcALD1jT7k 

Bundan əlavə şifrəni unudan və şifrəni bərpa etmək üçün aktiv mobil nömrəsi əlçatan olmayan vətəndaşlar videoyazı vasitəsilə sistemə digər aktiv mobil nömrəni əlavə edərək unudulmuş şifrəni bərpa edə bilərlər. Təlimat videosu: https://youtu.be/25RQRegUeFQ 

“ASAN Login” sistemi ilə bağlı yaranan suallara asanlogin.my.gov.az saytında “Tez-tez verilən suallar” bölməsində baxmaqla və ya 108 “Çağrı” Mərkəzindən məlumat almaqla cavab tapmaq olar. Həmçinin ilkin pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “E-Gov pəncərəsi”nə aidiyyatı mövzu ilə bağlı müraciət etmək mümkündür.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” (EHİM) publik hüquqi şəxsi həm də fəaliyyətinin 3 ilini qeyd edir. Daim innovativ texnologiyaları tətbiq edən Mərkəz dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi üzrə koordinasiyanı həyata keçirir, vətəndaşlara e-xidmətlərin göstərilməsi təmin edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

18-04-2020

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

“digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib

24-06-2025

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

13-06-2025

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025

EHİM yerli icra hakimiyyətləri ilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

12-05-2022

“digital.login”ə biometrik giriş açarı ilə daxil olmaq mümkündür

05-06-2025

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024

“ASAN İmza”sı olan vergi ödəyicilərinin nəzərinə

28-10-2016

Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət inteqrasiya edilib

20-06-2022

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

SİMA-nın 60-dan çox qurumla inteqrasiya prosesi aparılır

06-10-2022

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

Sabah ASAN xidmət mərkəzləri işləməyəcək

19-01-2017

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

“digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

08-05-2025

ASAN xidmət-in saytı yeniləndi

25-07-2017

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025

Azercell “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan edir

01-05-2015

Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

11-07-2019

ASAN 2.0-ın üstünlükləri

13-11-2018

ASAN xidmət mobil tətbiqi istifadəyə verilib

07-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə