Apple şirkəti yeni iPhone modelinin rəsmi təqdimat gününü mətbuat konfransı ilə açıqlayıb və dəvətnamələri göndərib.
Xeberler.az bildirir ki,təqdimat mərasimi sentyabrın 7-də San- Francisco-nun mərkəzindəki Bill Graham Civic Auditorium binasında reallaşacaq.
Xeberler.az-ın da mütəmadi məlumat verdiyi kimi, bu günə qədər iPhone 7 olaraq xatırlanan yeni ağıllı telefon barədə çox sayda söz-söhbət yayımlanıb.
Bunlar arasında ən inandırıcı olanlardan biri bu il cüt kameralı bir modelin iPhone portfelinin əlavə olunacaq olmasıdır. Yəni, 4.7 düymlük iPhone 7 və 5.5 düymlük iPhone 7 Plus-un yanında cüt kameralı bir Plus modeli də böyük ehtimalla tanıdılacaq.
Bir digər söz-söhbət də yeni iPhone-da şərti 3.5mm qulaqlıq girişinin olmayacağıdır. Qeyd edilir ki, cihazla birlikdə gələcək qulaqlıq Lightning portla cihaza bağlanacaq.
Ümumi olaraq dizaynında iPhone 6S-ə görə böyük dəyişikliklər olması gözlənilməyən yeni iPhone-nun antena yeri və kamera hissəsinfə kiçik fərqliliklər ola bilər.
Mediaya sızan məlumatlara görə, yeni iPhone 16-17 sentyabr tarixlərində satışda olacaq.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri