Məlum olduğu kimi, ötən ay Huawei yeni bir modelini təqdim etdi. Belə ki, yeni modeli digərlərindən fərqləndirən əsas cəhət arxasında üç kameranın olmasıdır.
Şirkət bununla yeni bir dövrün başlayacağının proqnozunu vermiş oldu.
Onlardan geri qalmaq istəməyən Apple iPhone-la bağlı yeni bir məlumat yayıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, iPhone qarşımıza yeni bir modellə çıxacaq.
Məlumata görə, iki arxa kameranın ən uğurlu istehsalçılarından olan Apple 3 arxa kameraya keçmək üçün fəaliyyətə başlayıb.
Üç kameralı iPhone 2019-cu ildə təqdim ediləcək.
12 meqapikselli sensorlar ilə istifadə oluna bilən üçlü kamera sistemində Apple 6P lens dizaynından istifadə edəcək.
Üç kamera ilə iPhone 5x zoom təklif etməyi planlaşdırır, optik və ya rəqəmsal olub-olmadığı isə məlum deyil.
Müqayisə etmək üçün qeyd edək ki, arxa kamera ilə iPhone 8 5x rəqəmsal zoom təklif edir. İkili arxa kameralı iPhone 8 Plus və iPhone X modellərində isə 2x optik zoom və 10x rəqəmsal zoom təklif olunur.
Elşən Abdulkərimov
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri