Sentyabr ayında təqdim edilməsi gözlənilən iPhone 7-nin qiyməti barədə məlumatlar mediaya sızıb.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu dəfə iPhone 7, iPhone 7 Plus və yeni seri iPhone 7 Pro-nun qiyməti barədə məlumatlar yayımlanıb.
Etibarlı mənbələrdən gələn məlumat kifayət qədər marağa səbəb olub.
Məlumata görə, yeni iPhone-larda qiymət yaddaş tutumuna görə dəyişəcək.
Belə ki, iPhone 7-nin 32 GB və 64 GB-la bərabər, 256 GB-lıq versiyası satılacaq.
iPhone 7 Plus və iPhone 7 Pro-nun isə yaddaş seçimləri 32 GB, 128 GB və 256 GB olacaq.
Son verilən məlumatlara görə, Apple iPhone 7-də böyük bir dizayn dəyişikliyi etməyib, iPhone 6s-ə oxşar bir model təqdim edəcək.
Əsl böyük dəyişiklik isə iPhone-nun model yeniləmə müddətini 2017-ci ildən 2 ildən 3 ilə qaldıracağıdır.
Sızan ekran görüntülərinə görə, 32 GB-lıq versiyalarda iPhone 7-nin qiyməti 749 dollar, iPhone 7 Plus-un qiyməti isə 849 dollar olacaq.
iPhone 7 Pro-nun başlanğıc qiyməti isə 1000 dollar olacaq.
Sızan ekran görüntülərində yer alan yeni qiymətlər aşağdakı kimidir.
iPhone 6s: ¥5288 (16GB), ¥6088 (64GB), ¥6888 (128GB)
iPhone 7: ¥5288 (32GB), ¥6088 (64GB), ¥7088 (256GB)
iPhone 6s Plus: ¥6088 (16GB), ¥6888 (64GB), ¥7788 (128GB)
iPhone 7 Plus: ¥6088 (32GB), ¥6888 (128GB), ¥7888 (256GB)
iPhone 7 Pro: ¥7088 (32GB), ¥7888 (128GB), ¥8888 (256GB)
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri