iPhone 8 necə olacaq? –Qiymət

09-02-2017 / 14:37

Apple-ın sentyabr ayı ərəfəsində təqdim etməsi gözlənilən iPhone 8 modeli haqda  söz-söhbət və müxtəlif iddilar yayımlanmağa davam edir.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, bu dəfə yeni modelin qiyməti  barədə məlumatlar yayımlanıb.

Belə ki, Fast Company-nin hesabatına görə, iPhone 8-in qiyməti  təxminən 1000 dollardan artıq ola bilər.

Qeyd edilir ki, iPhone 6, 6s 7 modellərində bir-birinə bənzər dizayndan istifadə edən Apple  10-cu ilinə özəl olaraq iPhone 8 üçün tamamilə yeni bir dizayn istifadə edib.

Bu xəbərlərin qaynağı isə Apple-ın Asiyadakı təchizatçılarıdır. 

Onlar bildirib ki, şirkətin 10-cu ilə özəl olaraq tədim edəcəyi iPhone 8 modeli iPhone X adlandırılacaq.

Fast Company-nin hesabatına görə, 5.8 düym ekranla gələcək iPhone 8 OLED panel istifadə edəcək.

Paslanmayan polad çərçivəyə sahib olması gözlənilən iPhone 8 iPhone 7 Plus modelində də gördüyümüz  cüt kamerayla təqdim ediləcək.

Təchizatçılar bildirib ki,  fiziki “home” düyməsi istifadə etməyəcək iPhone 8, barmaq izi sensorunu ekranın altına yerləşdirəcək.

Məlumatlarda 4.7 düym böyüklüyündə bir iPhone 7S 5.5 düym böyüklüyündə iPhone 7S Plus modellərinin də təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, iPhone 7 ailəsinin ən ucuz modeli 32 GB iPhone 7-nin qiyməti 650, ən bahalı modeli olan 256 GB iPhone 7 Plus-un 969 dollardır.

Yeni modelin sentyabr ayında təqdim ediləcəyi gözlənilir. 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə