Yeni “iPhone” smartfonu təqdim ediləcək

04-04-2012 / 12:48
“Apple” şirkətinin mobil qurğuları üçün komponentlər istehsal edən “Foxconn” zavodunun əməkdaşları bildiriblər ki, yeni nəsil “iPhone” smartfonları 2012-ci ilin yayında təqdim ediləcək.
Elektron xəbər xidmətindən əldə edilən məlumata əsasən, “Foxconn” müəssisəsi “Apple” şirkətinin yeni qurğusunu istehsal etmək üçün 18 mindən çox əməkdaş cəlb etməyə hazırlaşır. 
Növbəti nəsil “iPhone” smartfonunun artıq cari ilin iyun ayında təqdim ediləcəyi gözlənilir.
Xatırladaq ki,  əvvəllər “Apple” şirkəti smartfonlarını hər ilin yayında təqdim edirdi. Lakin keçən il “iPhone 4S” smartfonu ictimaiyyətə yalnız payızda təqdim edildi.
Mirvari

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə