Ən çox satılan smartfonlar

04-10-2017 / 11:23

IHS Markit tədqiqat şirkəti cari ilin birinci yarısında tələbatın yüksək olduğu smartfonların reytinqini açıqlayıb.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumatına istinadən məlumat verir ki,  gözlənildiyi kimi, iPhone 7 ən populyar qurğu seçilib, reytinqdə ikinci yeri isə iPhone 7 Plus tutub.

Beləliklə, Apple smartfonları növbəti dəfə dünyada ən çox satılan qurğular statusunu özündə saxlayıb.

Reytinqə görə, liderlər üçlüyünü Samsung Galaxy Grand Prime Plus smartfonu tamamlayıb, iPhone 6s və Galaxy S8 müvafiq olaraq dördüncü və beşinci yerdə qərarlaşıb.

Altıncı pillədə satışlarına görə Galaxy S8 modelindən cüzi fərqlə geri qalan Galaxy S8+ smartfonu yer alıb.

İlk onluğa ümumilikdə beş Samsung, dörd Apple və Çinin Oppo şirkətinin bir qurğusu daxil olub.

Analitiklər qeyd edir ki, iki aparıcı istehsalçısının qabaqcıl qurğuları dünyada ən çox satılan aparatlar olaraq qalsa da, yeni modellərin tədarük həcmi əvvəlki nəsil qurğularla müqayisədə xeyli aşağı düşüb.

Bundan başqa, tədqiqatçılar tərəfindən kompakt iPhone versiyalarına tələbatın azalması qeydə alınıb.

Hesabatda deyilir ki, 2015-ci ilin birinci yarısında 4,7 düym ekranlı Apple smartfonlarının payı 10 faiz təşkil edib, 2016-2017-ci illərdə isə müvafiq olaraq 7 və 5 faizədək azalıb.

Xeberler.az


Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə