İlin 10 ən yaxşı qurğusunun reytinqi açıqlanıb

16-12-2010 / 13:00

Jurnalın mütəxəssisləri reytinqin birinci pilləsində cari ilin sentyabr ayına kimi 7,5 milyon ədəd satılmış “Apple iPad” planşet kompüterini yerləşdiriblər. Siyahının on yerindən dördünü məhz “Apple” şirkətinin məhsulları tutur. “iPad” planşetindən əlavə, onluqda 11 düymlü “MacBook Air” portativ kompüteri (üçüncü yer), “iPhone” smartfonunun dördüncü versiyası (altıncı yer), eləcə də “Apple TV” internet-televiziya qurğusu (yeddinci yer) yer alıb. İlin ən yaxşı qurğuları arasında “Time” mütəxəssisləri “Samsung Galaxy S” və “Google Nexus One” smartfonlarını da qeyd ediblər. Siyahının son üç mövqeyində isə “Toshiba” şirkətinin ikiekranlı planşeti, “Xbox 360” oyun qurğusu üçün “Kinect” kontrolleri və “Nook Color” rəngli ekranlı elektron kitab yerləşdirilib.

Siyahı:

1 - “iPad”

2 - “Samsung Galaxy S”

 3 - “MacBook Air”

4 - “Logitech Revue”

5 – “Nexus One”

6 – “iPhone 4”

7 – “Apple TV”

8- “Toshiba Libretto W100”

9 – “Microsoft Kinect”

10 – “Nook Color”

Xatırladaq ki, bundan əvvəl “Time” jurnalı cari ilin 50 ən gözəçarpan işləmələri reytinqini təqdim etmişdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə