2017-ci ilin 4-cü rübünün nəticələrinə görə, dünyada ən çox satılan smartfon iPhone X olub. Apple şirkəti bu dövr ərzində 29 milyon qurğunu satışa çıxarıb.
Xeberler.az bildirir ki, bu barədə Canalys analitik şirkəti məlumat yayıb.
Apple ötən il noyabr ayının əvəllərində çatdırılma ilə əlaqədar bir sıra problemlər yaşasa da, ayın sonunda və dekabrda əngəlləri aradan qaldıraraq smartfonların istehsal həcminin artırılmasına nail olub. Bu da şirkətə 4-cü rübün sonunda bazar payını artırmağa kömək edib.
iPhone X-ın böyük məşhurluğu iki amilə əsaslanır: kreditdən asan istifadə və köhnə qurğuların mübadiləsi imkanı. Nəticədə, köhnə iPhone sahibi öz qurğusunu şirkətə təqdim edərək əvəzində yeni smartfonu endirimli qiymətə əldə edə bilir.
Məlumata görə, Apple iPhone X-in istehsalı və satışlarını dayandırıb. Şirkət 2018-ci ilin yayında smartfonu satışa çıxarmayacaq. Bu, yeni modelin hazırlanması ilə əlaqədardır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri