“Yeni nəsil – yeni texnologiyalar” mövzusunda dəyirmi masa təşkil edilib

22-04-2009 / 16:30

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Əmək və Sosial Münasibətlər Akademiyasında “Yeni nəsil – yeni texnologiyalar” mövzusunda dəyirmi masa keçirib. Ölkədə informasiya-kommunikasiya texnologiyaların inkişafı, dünyada, o cumlədən Azərbaycanda iqtisadiyyatın ən sürətlə inkişaf edən sektorlarından biri olan bu sahənin hazırkı vəziyyəti və perspektivləri barədə gənclərin maarifləndirilməsi məqsədlərini daşıyan tədbirdə ölkənin ali təhsil ocaqlarının tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.

Dəyirmi masa zamanı RİTN əməkdaşları, KÜR zavodunun və Silverkey-Azerbaijan şirkətinin nümayəndələri Azərbaycanda formalaşan informasiya cəmiyyəti və elektron hökumət, elektron imza və elektron ticarət barədə məruzələrlə çıxış ediblər. Həmçinin tədbir çərçivəsində İKT-nin Azərbaycanın ümumi inkişafında rolu, informasiya texnologiyaların həyatın müxtəlif sahələrində tətbiqindən irəli gələn imkanlar barədə geniş müzakirələr aparılıb. RİTN əməkdaşları dəyirmi masa iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Sonda Azərbaycanda yeni tətbiq olunmuş «GoldenPay» - internet ödəniş sistemi praktikada nümayiş etdirilib. Belə ki, iştirakçılardan biri, dəyirmi masa zamanı, həmin sistem vasitəsilə özünün elektrik enerjisinə görə yaranan borcunu ödəyib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.