YouTube yeni ortaqlıq proqramında məşhur videoları hazırlayanların bu videolar üzərindən pul qazana biləcəyini açıqlayıb.
Bu haqda YouTube-nin rəsmi blogunda qeyd edilir: “Bir videonun pul ödənməyə dəyərli olub olmadığını bu faktorlara görə qiymətləndiririk: izlənilmə sayı, yayılma sürəti, YouTube xidmət şərtlərinə uyğunluğu və s. Əgər videonuz uyğun hesab edilsə sizə bir e-poçt gələcək. Videonuzun yanında və istifadəçi hesabınızın müxtəlif qisimlərində də mesajlar görəcəksiniz”.
“Enable Revenue Sharing” mesajına təsdiq verildiyində YouTube bu videoda reklam nəşr edəcək və Google Adsense hesabı qurmanıza kömək edəcək. Beləcə YouTube üzərindən pul qazanmağa başlayacaqsınız. Yadda saxlamaq lazımdır ki, videonun YouTube xidmət şərtlərinə uyğun olması lazımdır. Yəni internetdən endirdiyiniz məşhur bir musiqi videosunu paylaşdığınızda, müəllif hüququ başqasına aid bir videonu paylaşdığınız üçün pul qazanmağa haqq qazana bilmirsiniz.
Bu tətbiq hələlik yalnız Amerikada mövcud olacaq amma digər ölkələrin də zamanla əlavə olunması düşünülür.
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət